Son dəqiqə
İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıbBir sıra yollarda sürət həddi endirildiMasazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDITramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"Ermənistanda əsgər güllə yarasından ölübGərginlik artdı: İranı misli görünməmiş plan gözləyir? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?
İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?
Dünya

İranın hava məkanı nə vaxta qədər bağlı qalacaq?

Bu gün
16:20
0 baxış
Paylaş:

İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.

İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.

Gundem.today xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbə bildirib.

"İranın hava məkanı aprelin 18-i ümumdünya vaxtı ilə saat 05:30-a (Bakı vaxtı ilə 09:30-a - red.) qədər uçuşlar üçün bağlı olacaq", - deyə agentliyi məlumatlandıran mənbə ölkənin aviasiya qurumlarının müvafiq qərarına istinadən qeyd edilib.

İstisna hal kimi dövlət, hərbi və sanitar aviasiyasının uçuşlarına, həmçinin axtarış və xilasetmə məqsədli reyslərə icazə verilir.

"Bu cür uçuşlar mülki aviasiyaya nəzarət orqanının ayrıca icazələri əsasında həyata keçirilə bilər", - deyə xəbərdə vurğulanıb.

İranın hava məkanı fevralın 28-i günün birinci yarısında ABŞ və İsrailin hərbi əməliyyata başlamasından sonra bağlanıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#İran_hava_məkanı#uçuş_qadağası#aviasiya_qərarları#mülki_uçuşlar#Yaxın_Şərq#ABŞ_və_İsrail_hərbi_əməliyyatı#İran_səması

Oxşar Xəbərlər

İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıbDünya

İrəvanda Samvel Karapetyanın partiyasının üzvü saxlanılıb

"Taşir" Qrupunun rəhbəri Samvel Karapetyanın "Güclü Ermənistan" partiyasının şura üzvü Qoar Qumaşyan İrəvanda saxlanılıb.

Bu gün
22:060
Tramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"Dünya

Tramp: "Meloninin cəsur olduğunu düşünürdüm, amma yanılmışam"

"İtaliyanın Baş naziri Corcia Melonidə yanılmışam".

Bu gün
21:360
Ermənistanda əsgər güllə yarasından ölübDünya

Ermənistanda əsgər güllə yarasından ölüb

Ermənistanda hərbi qulluqçu poliqonda aldığı güllə yarasından ölüb.

Bu gün
21:300
"TikTok" İndoneziyada istifadəçilər üçün yaş məhdudiyyəti tətbiq etdiDünya

"TikTok" İndoneziyada istifadəçilər üçün yaş məhdudiyyəti tətbiq etdi

"TikTok" sosial şəbəkəsinin rəhbərliyi İndoneziyada rəqəmsal mühitdə uşaqların qorunması haqqında qanuna uyğun olaraq istifadəçilər üçün yaş məhdudiyyətini artırıb.

Bu gün
21:120