
İsfahani: "Əgər İran neft ixrac edə bilmirsə, bunu başqalarına da etməyə qoymayacaq"
"Tehranın neft ixrac etmək imkanı məhdudlaşdırılarsa, İslam Respublikası digər ölkələrin də bu fəaliyyətinə imkan verməyəcək".
"Tehranın neft ixrac etmək imkanı məhdudlaşdırılarsa, İslam Respublikası digər ölkələrin də bu fəaliyyətinə imkan verməyəcək".
Gundem.today xəbər verir ki, bu barədə İranın vitse-prezidenti İsmail Səqqab İsfahani xəbərdarlıq edib.
"Əgər biz bir barel də olsun neft ixrac edə bilməsək, bütün regiondan heç kim bir barel belə neft çıxara bilməyəcək", - deyə vitse-prezident qeyd edib.
Bununla yanaşı, İsmail Səqqab İsfahani vurğulayıb ki, iranlılar elektrik enerjisindən məhrum olacağı təqdirdə Tehran adekvat cavab verəcək və düşmənin axmaqlığı ucbatından region əhalisi işıqsız qalacaq.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp hərbçilərinin Hörmüz boğazındakı gəmiçilik hərəkətini tam nəzarətə götürmək niyyətində olduqlarını açıqlayıb. Onun sözlərinə görə, Vaşinqtonun icazəsi olmadan heç bir gəmi boğaza daxil ola bilməz.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGərginlik ARTIR: ABŞ-nin üç aviadaşıcıyısı və minlərlə hərbçisi Yaxın Şərqə gəldi
Üç aviadaşıyıcı zərbə qrupunun tərkibində 200-dən çox ABŞ təyyarəsi və helikopteri, eləcə də 15 000 ABŞ dənizçisi və dəniz piyadası Yaxın Şərqə gəlib.
DünyaNetanyahunun səhhəti ilə bağlı rəsmi açıqlama: İsrail lideri onkoloji xəstəlikdən müalicə alıb
İsrailin Baş naziri Benyamin Netanyahu onkoloji xəstəliyi uğurla məğlub edib. Ölkə liderində prostat vəzinin xərçəngi erkən mərhələdə aşkar edilib ki, bu da həkimlərə effektiv müalicə aparmağa şərait yaradıb.
DünyaABŞ-nin hərb nazirindən Hörmüzlə bağlı Avropaya SƏRT TƏNQİD
"ABŞ Hörmüz boğazı ilə bağlı vəziyyətin tənzimlənməsi məsələsində Avropaya güvənmir".
DünyaKeçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEO
"Pakistan rəhbərliyinin ciddi səylərinə və ABŞ tərəfinin müzakirəyə hazır olmasına baxmayaraq, İran nümayəndə heyəti danışıqların ikinci raundu üçün İslamabada getməkdən imtina etdi. İran rəsmiləri bu imtinanı ABŞ-nin İrana qarşı dəniz blokadasını davam etdirməsi ilə əsaslandırdı. Lakin proseslər göstərir ki, bu, İran-ABŞ danışıqlarına mane olan yeganə səbəb deyil".