
İsrail Livanda "Hizbullah"a hücumları bərpa edib
İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubunda "Hizbullah" qruplaşmasının mövqelərinin yerləşdiyi altı yaşayış məntəqəsinə zərbələr endirib.
İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənubunda "Hizbullah" qruplaşmasının mövqelərinin yerləşdiyi altı yaşayış məntəqəsinə zərbələr endirib.
Gundem.today xəbər verir ki, bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
Portalın məlumatına görə, Burc əş-Şimali, Xaraib, Xirbət-Duveyr, Əl-Maaşuq, Əs-Samaiyə və Əl-Xoş qəsəbələrinə endirilən silsilə hava zərbələri Livan ərazisindən Yuxarı Qalileyaya doğru raketlərin buraxılmasından sonra həyata keçirilib.
"Hizbullah"ın yaydığı bəyanatda isə bildirilir ki, qruplaşmanın döyüşçüləri Livanın cənubundakı Əl-Edeysə rayonuna daxil olan İsrail ordusunun hərbi karvanını atəşə tutublar. Məlumata görə, hücum nəticəsində sursat daşıyan yük avtomobili vurulub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp ABŞ-nin ədliyyə naziri postuna Blanşın təsdiqlənməsini təklif etdi
ABŞ Prezidenti Donald Tramp Konqresin Senatına hazırda Ədliyyə Nazirliyinin rəhbəri (ABŞ Baş prokuroru) vəzifəsini icra edən Todd Blanşın həmin posta təsdiqlənməsini təklif edib.
DünyaABŞ ilə İsrail arasında fikir ayrılığı: Ağ Ev Təl-əvivə baxmayaraq İranla razılaşmaya gedir
ABŞ-ın vitse-prezidenti Cey Di Vens bəyan edib ki, Vaşinqton İsrailin mövqeyindən asılı olmayaraq, İranın nüvə proqramı üzrə razılaşma əldə etmək səylərini davam etdirəcək və sazişin icrasına ciddi nəzarət edəcək.
DünyaABŞ məhkəməsi Trampa qarşı çıxdı: Bəzi viza rüsumları ləğv edildi
ABŞ-nin federal məhkəməsi Donald Trampın yüksəkixtisaslı xarici vətəndaşlar üçün H-1B vizalarına tətbiq etdiyi 100 min dollarlıq rüsumu ləğv edib. Qurum bunu qeyri-qanuni hesab edib və Konqresin buna icazə vermədiyini vurğulayıb.
DünyaABŞ-də Türkiyə millisinin karvanında QƏZA
ABŞ-nin Arizona ştatında Türkiyə futbol millisini müşayiət edən polis motosikleti qəzaya uğrayıb.