Son dəqiqə
Tramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildiribBinə qəsəbəsində ağır qəza: "KamAZ" avtobusa çırpıldıSürücülərin NƏZƏRİNƏ: Paytaxtın bir sıra yollarında təmir işləri aparılacaqSəkkiz il əvvəl tikintisinə başlanılan bina niyə təhvil verilmir? - VİDEOTƏCİLİ: Azərbaycanda içində çox sayda şagird olan avtobus AŞDI - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEOTürkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Kahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTO
Kahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTO
Dünya

Kahramanmaraşda məktəbə hücum edən 14 yaşlı şagirdlə bağlı yeni məlumat - FOTO

Bu gün
17:44
0 baxış
Paylaş:

Kahramanmaraşda təhsil aldığı məktəbə silahlı hücum edərək qətliam törədən 14 yaşlı İsa Aras Mersinlinin ölüm səbəbi ilə bağlı yeni detallar məlum olub.

Kahramanmaraşda təhsil aldığı məktəbə silahlı hücum edərək qətliam törədən 14 yaşlı İsa Aras Mersinlinin ölüm səbəbi ilə bağlı yeni detallar məlum olub.

Gundem.today xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, aralarında iki məhkəmə-tibbi ekspertinin də yer aldığı altı nəfərlik nümayəndə heyəti tərəfindən aparılan araşdırmalar nəticəsində Mersinlinin ölüm səbəbinin sağ ayağındakı kəsici-deşici alətlə açılan yarasından qaynaqlanan böyük damar zədələnməsi və bunun ardınca yaranan xarici qanaxma olduğu qeyd edilib.

Xəbərə görə, məktəbdə silah səslərini eşidən Gənclər və İdman Vilayət Müdirliyində aşpaz işləyən Necmettin Bekçi adlı şəxs dərhal məktəbə gedib. Məktəbin arxa qapısından içəri daxil olan Bekçi pilləkənlərdə Arası zərərsizləşdirməyə çalışan müəllimlər və digər işçilərlə qarşılaşıb. O bildirib ki, hücum edən şəxsin qaçmasının qarşısını almaq üçün əlinə keçən bir bıçaqla ona zərbələr endirib.

"Məqsədim onun oradan uzaqlaşaraq başqalarına zərər yetirməsinin qarşısını almaq idi", - deyə Bekçi bildirib.

Onun sözlərinə görə, qısa müddət sonra əraziyə cəlb olunan polis əməkdaşları hücumçunu təhvil alıblar.

Qeyd olunub ki, Necmettin Bekçinin övladları hadisə baş verən an məktəbdə olublar. Axtarışlardan sonra övladlarının sağ olduğu bildirib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Kahramanmaraş_məktəb_hücumu#İsa_Aras_Mersinli#silahlı_hücum#məktəb_qətliamı#Necmettin_Bekçi#məhkəmə_tibbi_ekspertiza#ölüm_səbəbi#cinayət_xəbərləri#Türkiyədə_insident

Oxşar Xəbərlər

Tramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildiribDünya

Tramp Livan liderinə atəşkəs rejiminin tezliklə qüvvəyə minəcəyini bildirib

Livanın Prezidenti Cozef Aun Ağ Evin rəhbəri Donald Trampla telefon danışığı keçirib. O, telefon danışığı zamanı İsraillə atəşkəs əldə olunması istiqamətindəki səylərə görə Trampa təşəkkür edib.

Bu gün
19:580
Türkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEODünya

Türkiyədə məktəbdə qətliam törədən şagirdin poliqonda görüntüləri yayılıb - VİDEO

Türkiyənin Kahramanmaraş vilayətinin Onikişubat rayonundakı məktəbə silahlı hücum edərək 10 nəfəri öldürüb 20 nəfəri də də yaralayan İsa Aras Mersinlinin yeni görüntüləri yayılıb.

Bu gün
19:120
ABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"Dünya

ABŞ generalı: "Açıq dənizdə İran gəmiləri və tankerləri ələ keçiriləcək"

"ABŞ İranın sahil xətti və limanlarının blokadası çərçivəsində açıq dənizdə hərəkət edən İran gəmilərini, o cümlədən tankerləri ələ keçirməyi planlaşdırır".

Bu gün
18:340
Almaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildiDünya

Almaniya ordusunda anticasus tədbiri: İclaslara smartfonla girmək qadağan edildi

Rusiya və Çinin mümkün casusluq fəaliyyətləri ilə əlaqədar olaraq Almaniyanın müdafiə naziri Boris Pistorius Bundesverin mərkəzi qərargahında şəxsi mobil telefonların istifadəsinə sərt məhdudiyyətlər tətbiq edib.

Bu gün
18:200