
Kanada və Ukrayna birgə PUA istehsalına hazırlaşırlar
Kanadanın "Sentinel" və adı açıqlanmayan Ukrayna şirkəti pilotsuz uçuş aparatları (PUA) istehsalı məqsədilə birgə müəssisə qurmağı planlaşdırıblar.
Kanadanın "Sentinel" və adı açıqlanmayan Ukrayna şirkəti pilotsuz uçuş aparatları (PUA) istehsalı məqsədilə birgə müəssisə qurmağı planlaşdırıblar.
Gundem.today xəbər verir ki, bu barədə "The Globe and Mail" məlumat yayıb.
Bildirilib ki, PUA-lar Kanadada istehsal olunacaq və Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulub.
Qeyd olunur ki, hazırda Kanada və Ukraynanın Müdafiə nazirlikləri arasında müvafiq danışıqlar aparılır.
Tərəflər arasında anlaşma uğurlu olarsa, dron istehsalına start veriləcək.
Nəşr xatırladıb ki, Ukraynadakı münaqişənin başlanğıcından bəri Ottava Kiyevə 6.5 milyard dollarlıq hərbi yardım köçürüb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "İran bizdən Hörmüz boğazını tezliklə açmağımızı istəyir"
"İran Vaşinqtona Hörmüz boğazını mümkün qədər tez açmaq üçün müraciət edib".
DünyaYunanıstanda zəlzələ baş verib - FOTO
Yunanıstanda 5.1 bal gücündə zəlzələ baş verib.
DünyaMüasir dövrün ən məşhur terrorçularından biri adını dəyişdirdi
Müasir dövrün ən məşhur terrorçularından biri Anders Breyvik adını dəyişdirib. 2011-ci ildə Utoyada 77 nəfəri öldürən 47 yaşlı cinayətkar indi məşhur Norveç adı daşıyır.
DünyaTürkiyə-Ermənistan sərhədində zəlzələ baş verib
Türkiyə-Ermənistan sərhədində zəlzələ baş verib.