Son dəqiqə
İsveçdə onlarla məktəb silahlı hücum təhlükəsinə görə bağlandıValideynlər Nərimanovda məktəbin qarşısında dalaşdılar: Biri digərini BIÇAQLADI - VİDEOPolşa Xarici İşlər Nazirliyindən qalmaqallı ABŞ-li reper Kanye Uestlə bağlı qərarNiderlandda bankomat partladıldı: Sakinlər təxliyə edildi, saxlanılanlar var - VİDEOYağıntılar intensivləşəcək, sel ehtimalı var: Külək GÜCLƏNƏCƏK - XƏBƏRDARLIQİran ABŞ-yə meydan oxudu: Blokada qalarsa, heç bir razılaşma olmayacaq? - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Digər
  3. "Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub
"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub
Digər

"Kapital Bank" ötən ili 274 milyon manatdan çox xalis mənfəətlə başa vurub

Bu gün
11:36
0 baxış
Paylaş:

Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.

Bu gün "Kapital Bank"ın 2025-ci ilin yekunları və 2026-cı ilin fəaliyyət planlarına dair mətbuat konfransı keçirilib.

Gundem.today xəbər verir ki, konfransda bankın idarə heyətinin sədri Fərid Hüseynov, bankın idarə heyəti sədrinin birinci müavini Cavid Mirzəyev, bankın baş risk inzibatçısı Ağarza Baxşiyev çıxış ediblər.

İdarə heyətinin sədri Fərid Hüseynov bildirib ki, 2025-ci ildə "Kapital Bank"a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub:

"Ötən il bankın tarixində ilk sindikatlaşdırılmış kredit sazişi imzalanıb. Körfəz regionunun aparıcı bankı olan "Mashreq Bank"la əməkdaşlıq çərçivəsində "Kapital Bank"a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaiti cəlb olunub. Bank həmçinin, ötən il Özbəkistanın ən böyük IT ekosistemi ilə tərəfdaş olub. "Uzum" ekosisteminə daxil olan "MAKESENSE" şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırılıb. Bu əməkdaşlıqla "Kapital Bank"ın tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat krediti ayrılıb."

Fərid Hüseynov həmçinin qeyd edib ki, "Kapital Bank"ın rəqəmsallaşmadakı təcrübəsi dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanan "Müasir Marketinqin Əsasları" (Essentials of Modern Marketing-EOMM) kitabında yer alacaq.

"Kapital Bank"ın idarə heyətinin sədrinin birinci müavini Cavid Mirzəyev məlumat verib ki, "Kapital Bank" 2025-ci ili 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub:

"2025-ci il üçün konsolidə edilmiş rəqəmlərə əsasən deyə bilərəm ki, bankımız ötən ili olduqca uğurlu bir göstərici ilə - 274 milyon 560 min manat xalis mənfəətlə başa vurub. Bu rəqəm 2024-cü illə müqayisədə 15% artım deməkdir. Təbii ki, istər aktivlərin, istərsə də öhdəliklərin uğurlu idarə edilməsi bilavasitə bankın maliyyə nəticələrində öz əksini tapır. Bankımızın mənfəət və zərər göstəricilərinə nəzər salsaq görərik ki, 2025-ci il ərzində toplam faiz gəlirlərimiz 1 milyard 173 milyon 779 min manat təşkil edib. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 31% çoxdur. Bu artımın təməlində həm korporativ, kiçik və orta biznes, həm də fiziki şəxs olan müştərilərimizin sayının əhəmiyyətli dərəcədə çoxalması dayanır".

"Kapital Bank"ın baş risk inzibatçısı Ağarza Baxşiyevın verdiyi məlumata görə, 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin qarşısını alıb:

"2025-ci il ərzində bank müştərilərinin 1 milyon 2 min 873 kart əməliyyatı və 31 min 353 kart hesabı fırıldaqçılıq əməliyyatı ehtimalı olduğu üçün bank tərəfindən bloklanıb. Nəticədə vətəndaşlardan oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manatın qarşısı alınıb. O həmçinin qeyd edib ki, 2024-cü illə müqayisədə ötən il rəqəmsal fırıldaqçılıq üzrə hücum cəhdlərinin sayı da artıb. Xüsusilə sosial mühəndislik üsulları vasitəsilə müştərilərin manipulyasiya edilməsi və vəsaitlərin mənimsənilməsinə yönələn cəhdlər daha intensiv xarakter alıb. Kapital Bank adından saxta reklam, elan, lotereya xarakterli kampaniya həyata keçirdiyini iddia edən 1000-dən çox veb-sayt və sosial media səhifəsi bloklanıb".

İctimaiyyətlə əlaqələr prosesinin sahibi Arzu Əliyeva mətbuat konfransında "Kapital Bank"ın ötən il ərzində görülən sosial məsuliyyət layihələri barədə də məlumatı açıqlayıb:

"Kapital Bank" ötən il ərzində KSM strategiyası çərçivəsində "Arzumuz var", "Dəyişiklik səndən başlayır", "Birbank tələbə təqaüd proqramı", "Spark tələbə təqaüd proqramı" kimi layihələri reallaşdırıb. Həmçinin, "Birbank" tətbiqində "İşarət dili ilə videozəng xidməti" müştərilərin istifadəsinə verilib. Eyni zamanda bu ildən etibarən bankın 6 filialında da eşitmə və nitq məhdudiyyətli vətəndaşlara işarət dilində xidmət göstəriləcək".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Digər#Kapital_Bank#2025-ci_ilin_yekunları#xalis_mənfəət#maliyyə_hesabatı#sindikatlaşdırılmış_kredit#rəqəmsal_bankçılıq#kiberdələduzluqla_mübarizə#Birbank#sosial_məsuliyyət_layihələri#bank_xəbərləri

Oxşar Xəbərlər

10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyubDigər

10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub

10 000 nəfərdən çox vətəndaş dələduzu ifşa edərək öz vəsaitini qoruyub

Bu gün
15:480
"Kapital Bank" 2025-ci ildə müştərilərdən 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıbDigər

"Kapital Bank" 2025-ci ildə müştərilərdən 7 milyon manatdan çox vəsaitin oğurlanmasının qarşısını alıb

"Kapital Bank" 2025-ci ildə müştərilərdən oğurlanma ehtimalı olan 7 milyon 22 min 165 manat vəsaitin oğurlanmasının qarşısını alıb.

Bu gün
15:400
Bir milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edirDigər

Bir milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir

Bir milyondan çox "Kapital Bank" müştərisi ictimai nəqliyyatda NFC ödənişlərdən istifadə edir.

Bu gün
15:300
"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıbDigər

"DH Volley" Azərbaycan Yüksək Liqasının gümüş medalını qazanıb

"Azərlotereya" ASC-nin sponsoru olduğu "DH Volley" ("Demirören Holdinq") komandası qadın voleybolçuların Azərbaycan Yüksək Liqasının final mərhələsində uğurla çıxış edərək gümüş medal qazanıb. Qısa müddətdə formalaşmasına baxmayaraq komandanın əldə etdiyi bu nəticə sistemli hazırlıq, güclü komanda ruhu və davamlı dəstəyin uğurlu vəhdəti kimi qiymətləndirilir.

Bu gün
12:220