
Keçmiş müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edir: Zelenskiyə 12 gün vaxt verildi
Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov ölkə başçısı Volodimir Zelenskidən onu 12 gün ərzində yenidən vəzifəsinə bərpa etməsini tələb edib.
Ukraynanın sabiq müdafiə naziri Mixail Fyodorov ölkə başçısı Volodimir Zelenskidən onu 12 gün ərzində yenidən vəzifəsinə bərpa etməsini tələb edib.
Gundem.today xəbər verir ki, bu barədə o, öz keçmiş müavini Sergey Sternenkoya verdiyi müsahibəsində bildirib.
Fyodorov qeyd edib ki, gələcək planlarını avqustun 18-dən, yəni Ali Rada tətildən sonra fəaliyyətini bərpa etdikdən sonra açıqlamaq niyyətindədir. Onun sözlərinə görə, Zelenskinin imtinası və ya parlamentin qərarı ləngidəcəyi təqdirdə başqa hərəkət variantı mövcuddur.
"Mənim B, C, D və digər variantlarım var. Planı həyata keçirmək üçün qələbəmiz naminə işləmək çox vacibdir", - deyə M.Fyodorov bildirib.
Qeyd edək ki, Mixail Fyodorov iyulun 15-də Ukrayna Müdafiə Nazirliyinin rəhbəri postundan getdiyini elan edib. O, qurumdakı fəaliyyəti dövründə həm icra edilmiş layihələri, həm də yerinə yetirilməsi mümkün olmayan tapşırıqları sadalayıb. M.Fyodorov həmçinin əlavə edib ki, gələcəkdə də hərbi innovasiyaların inkişafı ilə məşğul olmağı planlaşdırır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyə Qara dənizə ticarət gəmilərinin keçidini məhdudlaşdırır
Türkiyə hökuməti Rusiya və Ukrayna arasındakı artan toqquşmalar səbəbindən Novorossiysk limanına gedən ticarət gəmilərinin Dardanel boğazından və Qara dənizdən keçidinə məhdudiyyətlər tətbiq edir.
DünyaYaponiyanın iki adası təcili boşaldılır - VİDEO
Yaponiyanın Okinava və Amami adalarında güclü "Dolfin" tayfunu səbəbindən daşqın və torpaq sürüşməsi təhlükəsi yaranıb. 175 min sakin təxliyə olunur, on minlərlə ev elektrik enerjisiz qalıb. Tayfun Çinə doğru irəliləyir.
DünyaTodd Blanş bir səslə vəzifə sahibi oldu
ABŞ Senatı Donald Trampın sabiq vəkili Todd Blanşı 49-a qarşı 50 səslə Baş prokuror vəzifəsinə təsdiqləyib. Qərarın detalları və səsvermənin nəticələri haqqında xəbəri oxuyun.
DünyaSEPAH: "Hörmüz boğazının açılması ABŞ-dən asılıdır"
İran hökuməti ABŞ-ın regional müdaxiləni dayandırmayacağı və Tehranın şərtlərini qəbul etməyəcəyi təqdirdə Hörmüz boğazını gəmiçilik üçün açmayacağını bəyan edib. İslam İnqilabı Keşikçiləri Korpusunun açıqlaması və detallar.