
"Kəpəz"in futbolçusu mövsümün rekordunu təkrarlayıb
Misli Premyer Liqasının XXX turu "Kəpəz"in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.
Misli Premyer Liqasının XXX turu "Kəpəz"in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.
Gundem.today Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"la ev oyununda (2:1) fərqlənən futbolçu mövsümün rekordunu təkrarlayıb.
86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan oyunçuya qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olub. "Qarabağ"ın portuqaliyalı yarımmüdafiəçisi "Araz-Naxçıvan"la martın 8-də keçirilən qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirib.
Leandrodan fərqli olaraq Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Onadək Aleksandr Ramalinqom ("Sumqayıt") və Coy Lens Mikels ("Sabah") penaltilərlə dubl edib, Toral Bayramov ("Qarabağ") het-trik etdiyi qarşılaşmada iki dəfə "ağ nöqtə"dən fərqlənib.
Raufa qədər Ramalinqom daha qısa müddətdə - 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, "Karvan-Yevlax"la ötən il oktyabrın 18-də keçirilən matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanLeandro Andrade "Qarabağ"da yubiley qoluna imza atdı
Leandro Andrade "Qarabağ"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.
İdman"Arsenal"ın "Atletiko Madrid" ilə oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunu keçirilir.
İdmanElnurə Emreli: "Baş məşqçinin Mahirlə problemi var"
"Mahirin Almaniyanın "Kayzerslautern" klubunda az şans qazanmasını baş məşqçi ilə şəxsi münasibətlərlə əlaqələndiririk".
İdman"Real Madrid"də ulduzların savaşı: Mbappe və Vinisius arasında gərginlik böyüyür
İspaniya mediasında "Real Madrid" klubunun aparıcı ulduzları Kilian Mbappe və Vinisius Junior arasında münasibətlərin gərginləşməsi barədə yeni şayiələr dalğası yayılıb.