
KİV: İrana dost ölkələr də Hörmüzdən keçidə görə rüsum ödəyəcəklər
"İran hökuməti Hörmüz boğazından təhlükəsiz keçid üçün dost ölkələr də daxil olmaqla bütün gəmiləri rüsum ödəməyə məcbur edəcək".
"İran hökuməti Hörmüz boğazından təhlükəsiz keçid üçün dost ölkələr də daxil olmaqla bütün gəmiləri rüsum ödəməyə məcbur edəcək".
Gundem.today xəbər verir ki, bu barədə İranın "Nour News" agentliyi məlumat yayıb.
"Dost ölkələrə Hörmüz boğazı vasitəsilə təhlükəsiz keçid icazələrinin verilməsi yalnız təhlükəsizlik rüsumlarının ödənilməsi müqabilində həyata keçiriləcək və heç bir ölkə bu tələbdən azad edilməyəcək", - məlumatda bildirilib.
Qeyd olunub ki, bu strategiya ABŞ və İsrail hücumlarından dəymiş ziyanı ödəmək üçün seçilib.
Aprelin əvvəlində "Al Jazeera" telekanalı məlumat vermişdi ki, İran bütün dövlətləri "dost", "neytral" və "düşmən" olmaqla üç qrupa bölərək boğazda gəmiçiliyin tənzimlənməsi sistemini hazırlayıb.
İddia edilirdi ki, birinci qrupdan olan dövlətlər boğazdan sərbəst keçə biləcək, "neytral" ölkələr rüsum ödəyəcək, "düşmən" ölkələr üçün isə keçid əvvəlki kimi qadağan olunacaq.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp Kanadanın ABŞ-nin tərkibinə daxil edilməsi fikrindən daşındığını bildirib
ABŞ Prezidenti Donald Tramp Kanadanın ölkənin tərkibinə daxil edilməsi fikrindən daşınıb.
DünyaTramp: "İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur" - VİDEO
"İran xalqı partlayış səsləri eşitməyəndə məyus olur".
DünyaPakistanın 12 günlük neft ehtiyatı qalıb
Pakistandakı neft ehtiyatları 12 günə kifayət edəcək.
DünyaTramp İranı bir gecəyə məhv etməklə hədələdi
"İran bir gecə ərzində tamamilə məhv edilə bilər".