
Kompensasiya yalnız maddi ödəniş deyil - Məsuliyyətin tanınması və legitimliyin bərpasında Azərbaycan nümunəsi
Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli
Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya Federasiyasının hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus "Embraer 190" tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.
Mövzu ilə bağlı Gundem.today-a danışan siyasi şərhçi Züriyə Qarayeva bildirib ki, AZAL təyyarəsinin qəzası ilə bağlı kompensasiya məsələsinin həlli ətrafında formalaşan nəticə yalnız texniki və ya hüquqi bir qərar kimi deyil, daha geniş siyasi kontekstin məhsulu kimi dəyərləndirilməlidir.
O vurğulayıb ki, burada əsas məqam ondan ibarətdir ki, tərəflər ən həssas və potensial olaraq münasibətləri gərginləşdirə biləcək bir hadisəni açıq qarşıdurma müstəvisinə keçirmədən, nəzarətli diplomatik kanal daxilində idarə edə bildilər:
"Bu isə göstərir ki, regionda güc balansı təkcə sərt vasitələrlə deyil, eyni zamanda idarə olunan dialoq mexanizmləri ilə də formalaşır. Azərbaycanın sərgilədiyi mövqe klassik reaktiv siyasətdən fərqli olaraq, əvvəlcədən müəyyən edilmiş prinsipial çərçivə daxilində ardıcıl və məqsədyönlü davranış modeli kimi çıxış etdi və nəticədə məsələ emosional ritorikadan uzaq, konkret nəticəyə fokuslanan prosesə çevrildi. Eyni zamanda, bu hadisə dövlət-vətəndaş münasibətlərinin praktik müstəvidə necə qorunduğunu göstərən mühüm presedent kimi çıxış edir. Kompensasiya mexanizminin əldə olunması sadəcə maddi zərərin ödənilməsi deyil, məsuliyyətin tanınması və legitimliyin bərpası anlamına gəlir. Bu isə həm daxili auditoriyaya, həm də beynəlxalq mühitə ünvanlanan mesajdır ki, dövlət öz vətəndaşlarının hüquqlarını müdafiə etmək üçün yalnız bəyanatlarla deyil, nəticə verən siyasi alətlərlə hərəkət edir. Nəticə etibarilə, bu proses Azərbaycanın xarici siyasətində formalaşan daha geniş yanaşmanın, yəni prinsipiallıqla praqmatizmin paralel tətbiqinin konkret nümunəsi kimi qiymətləndirilə bilər".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətAntalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib, Prezident İlham Əliyev tədbirdə iştirak edib
Aprelin 17-də Türkiyənin Antalya şəhərində 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib.
SiyasətÜç qardaş ölkənin rəhbərləri Antalyada bir araya gəldilər - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şəriflə bir araya gəlib.
SiyasətAzərbaycan Prezidenti Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın baş naziri ilə görüşüb - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.
Siyasət"Haber Global"da İlham Əliyevin Antalya Diplomatiya Forumundakı görüşləri barədə süjet yayımlandı - VİDEO
"150-dən çox ölkədən iştirakçıların qatıldığı Antalya Diplomatiya Forumu başlayıb. Çoxsaylı dövlət və hökumət başçılarının qatıldığı sammitdə qlobal və regional inkişaf məsələləri müzakirə olunur".