
Kral III Çarlzla bağlı növbəti skandal - Tərs tutulmuş Britaniya bayrağı ilə qarşılandı - VİDEO
Kral III Çarlz ABŞ-də qəbiristanlıqda tərsinə tutulmuş Böyük Britaniya bayrağı ilə qarşılanıb.
Kral III Çarlz ABŞ-də qəbiristanlıqda tərsinə tutulmuş Böyük Britaniya bayrağı ilə qarşılanıb.
Gundem.today xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, III Çarlz və xanımı Kamilla Arlinqton milli qəbiristanlığını ziyarət ediblər. Böyük Britaniya monarxı və həyat yoldaşı artilleriya yaylım atəşi, eləcə də hər iki dövlətin himnlərinin sədaları altında qarşılanıblar. Buna baxmayaraq, əsgərlərdən birinin Britaniya bayrağını tərsinə tutması xoşagəlməz insidentə səbəb olub.
Heraldika qaydalarına əsasən, "Union Jack" bayrağının bayraq dirəyinə yaxın olan hissəsində daha geniş ağ diaqonal zolaq qırmızı diaqonal zolağın üzərində yerləşdikdə o, doğru asılmış sayılır. Qırmızı zolaq daha geniş ağ zolağın üstündə olduqda isə bayraq tərsinə çevrilmiş hesab edilir.
Xatırladaq ki, bundan əvvəl aprelin 25-də də oxşar hadisə yaşanıb. "Reuters" agentliyinin məlumatına görə, III Çarlzın ABŞ-yə səfərinə hazırlıq zamanı Vaşinqtonda Ağ Evin yaxınlığında Britaniya bayraqları əvəzinə Avstraliya bayraqları dalğalanıb.
Aprelin 28-də isə ABŞ prezidenti Donald Tramp protokol qaydalarını pozub. O, Vaşinqtonda rəsmi qarşılanmadan sonra III Çarlzın çiyninə toxunub.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünyaİran ABŞ-yə bir ay ərzində üç məsələni həll etməyi təklif edib
İran ABŞ-yə 30 gün ərzində Hörmüz boğazının açılması, Amerika dəniz blokadasının dayandırılması, habelə İran və Livanda müharibənin tamamilə başa çatdırılmasını nəzərdə tutan saziş barədə razılığa gəlməyi təklif edib.
DünyaABŞ-də universitetin laboratoriyasında güclü yanğın baş verib
ABŞ-nin Sent-Pitersburq şəhərindəki Cənubi Florida Universitetinin kampusunda, Dəniz Elmləri Laboratoriyasında güclü yanğın baş verib.
DünyaABŞ-də universitetin laboratoriyasında güclü yanğın baş verib - VİDEO
ABŞ-nin Sent-Pitersburq şəhərindəki Cənubi Florida Universitetinin kampusunda, Dəniz Elmləri Laboratoriyasında güclü yanğın baş verib.
DünyaABŞ bunker əleyhinə yeni nüvə silahı üzərində işləyir
ABŞ Energetika Nazirliyi növbəti maliyyə ilinin büdcəsinə bunker əleyhinə nüvə başlıqlı yeni, güclü bombanın hazırlanması üçün milyonlarla dollar ayrılmasını təklif edir.