
Kuba üçün "Venesuela" planı hazırlanır?
ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır.
ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır.
Gundem.today xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ rəhbərliyi xüsusi xidmət orqanlarına ABŞ-nin Nikolas Maduronu Bolivar Respublikasından çıxarmasından sonra Venesuelanın səlahiyyətli prezidenti olmuş Delsi Rodriges kimi birini tapmağı tapşırıb. ABŞ rəsmiləri Rodrigesi ölkə idarəçiliyini maneəsiz qəbul edə biləcək və Vaşinqtonla əməkdaşlığa hazır olan praqmatik bir siyasətçi hesab edirdilər. Nəşr yazır ki, Amerika administrasiyasında bəziləri Kubada da eyni cür praqmatik liderin tapıla biləcəyini düşünür, lakin ABŞ kəşfiyyatının qiymətləndirmələrinə əsasən, Kuba Vaşinqtonla əməkdaşlığa hazır olmaması baxımından Venesueladan daha çox İrana bənzəyir.
ABŞ administrasiyasını qane edə biləcək namizədlər arasında Kubanın daxili işlər naziri Lasaro Alberto Alvares Kasasın və Raul Kastronun nəvəsi Raul Rodriges Kastronun adını çəkilir.
Daha əvvəl "The New York Times" mənbələrə istinadən bildirib ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi Kuba üzrə məxfi əməliyyat qrupu yaradıb. Qurum bu qrupun iştirakçılarının Kuba siyasi elitasında parçalanmaya səbəb olacağını, beləliklə ABŞ-yə qarşı sərt kurs tərəfdarlarının Amerika Prezidenti Donald Trampın tələblərini daha çox nəzərə almağa hazır olan liderlərlə əvəzlənməsinə nail olmağı hesablayır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Dünya"Dolfin" Çinə yaxınlaşır: QIRMIZI XƏBƏRDARLIQ elan edildi
Çinin Mərkəzi Meteorologiya Stansiyası "Dolfin" qasırğasının yaxınlaşması ilə əlaqədar ən yüksək - qırmızı səviyyəli xəbərdarlıq elan edib.
Dünyaİstanbulda bina qismən uçdu: Sakinlər təxliyə edildilər - FOTO
İstanbulun Güngören rayonunda beşmərtəbəli binanın birinci mərtəbəsi naməlum səbəbdən qismən uçub.
DünyaMüctəba Xamenei uzun fasilədən sonra GÖRÜNDÜ - VİDEO
Bu gün İran KİV-i ölkənin Ali Rəhbəri Müctəba Xameneinin təxminən 12-13 saniyəlik videosunu yayıblar.
Dünya"Saudi Aramco"nun neft emalı zavodunda yanğın baş verib - FOTO - VİDEO
Yanğınsöndürmə dəstələri Səudiyyə Ərəbistanının dövlət şirkəti "Saudi Aramco"nun Qırmızı dəniz sahilində yerləşən Cizan şəhərindəki neft emalı zavodunun (NEZ) obyektlərindən birində baş verən yanğını söndürüblər.