Son dəqiqə
Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi - FOTOKİV: Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulubBakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib - FOTO48 gün sonra İrana ilk təyyarə yola düşdüErmənistan Rusiya ilə hərbi-texniki əməkdaşlığı BƏRPA ETDİİran Azərbaycana təşəkkür edib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Dünya
  3. Küveyt hava məkanı ilə bağlı qərar
Küveyt hava məkanı ilə bağlı qərar
Dünya

Küveyt hava məkanı ilə bağlı qərar

Bu gün
13:38
0 baxış
Paylaş:

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra fevralın 28-də bağlanan Küveyt hava məkanı ardıcıl 50-ci sutka (gün) bağlı qalacaq.

Gundem.today-ın xəbərinə görə, bu barədə Yaxın Şərq aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.

"Ölkənin aviasiya hakimiyyəti uçuş qadağasını ən azı daha 12 saat - beynəlxalq vaxt ilə (UTC) saat 16:00-a (Bakı vaxtı ilə saat 20:00 - red.) qədər uzadıb", - deyə mənbə bildirib.

O bu müddəti müvəqqəti adlandırıb və qadağanın daha da uzadılma ehtimalını istisna etməyib.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib.

Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Dünya#Küveyt#hava_məkanı#uçuş_qadağası#aviasiya#ABŞ#İsrail#İran#hərbi_əməliyyat#Yaxın_Şərq#aviadispetçer

Oxşar Xəbərlər

Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi - FOTODünya

Əməliyyatla üzünü dəyişdirən şəxs illər sonra Türkiyədə həbs edildi - FOTO

Türkiyənin paytaxtı Ankarada 2010-cu ildə öldürülən şəxsin qətlini təşkil edən və qaçaq kimi ölkə xaricində olan Barış Mirzə adlı kişi ölkəyə qayıdan kimi Ankara Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən saxlanılıb.

Bu gün
15:140
KİV: Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulubDünya

KİV: Hörmüz boğazında iki ticarət gəmisi atəşə tutulub

Hörmüz boğazını keçmək istəyən ən azı iki ticarət gəmisi atəşə məruz qalıb.

Bu gün
15:120
48 gün sonra İrana ilk təyyarə yola düşdüDünya

48 gün sonra İrana ilk təyyarə yola düşdü

İran hava məkanının qismən açılması və Tehran da daxil olmaqla, ölkənin 6 hava limanında fəaliyyətin bərpa olunduğunun elan edilməsindən sonra Omandan İrana ilk təyyarə yola düşüb.

Bu gün
15:070
Ermənistan Rusiya ilə hərbi-texniki əməkdaşlığı BƏRPA ETDİDünya

Ermənistan Rusiya ilə hərbi-texniki əməkdaşlığı BƏRPA ETDİ

Aprelin 1-də Moskva şəhərində baş tutan yüksək səviyyəli danışıqlar zamanı Rusiya və Ermənistan tərəfi hərbi-texniki sahədə daha öncə imzalanmış razılaşmaların icra edilməsi barədə ortaq məxrəcə gəliblər.

Bu gün
15:020