
Laricaninin yerinə təyin edilən Məhəmməd Baqer Zolqədr KİMDİR? - FOTO
İranda Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricaninin yerinə Məhəmməd Baqer Zolqədr təyin edilib. Onun adı ictimaiyyətə sələfi qədər tanış olmasa da, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ehtiyatda olan komandiri kimi əsas fiqurlardan olub. Yeni katib əvvəllər İranın məhkəmə sistemində, Daxili İşlər Nazirliyində də mühüm postlara yiyələnib.
İranda Ali Milli Təhlükəsizlik Şurasının öldürülən katibi Əli Laricaninin yerinə Məhəmməd Baqer Zolqədr təyin edilib. Onun adı ictimaiyyətə sələfi qədər tanış olmasa da, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ehtiyatda olan komandiri kimi əsas fiqurlardan olub. Yeni katib əvvəllər İranın məhkəmə sistemində, Daxili İşlər Nazirliyində də mühüm postlara yiyələnib.
Məhəmməd Baqer Zolqədr İslam İnqilabından əvvəlki dövrdə fəaliyyət göstərən islamçı təşkilatlarla əlaqəli olub. Hətta iddialara görə o, 1978-ci ildə SEPAH-ın sabiq komandiri və hazırda Məsləhət Şurasının üzvü Möhsün Rzayi ilə birlikdə ABŞ-li mühəndisin və neft şirkəti menecerinin qətlində iştirak edib. İslam Respublikası qurulandan sonra Zolqədrin fəaliyyəti dəyərləndirilib və o, 1980-ci illərin əvvəlində Keşikçilər Korpusunun təhsil bölməsinə həmsədrlik edib. Daha sonra isə SEPAH-ın müxtəlif qərargahlarının komandiri olub. Zolqədr SEPAH-ın komandir müavini vəzifəsinə qədər yüksəlib və 2007-ci ildə İran Silahlı Qüvvələri Baş qərargah rəisinin Bəsic Müqavimət Qüvvəsi ilə iş üzrə müavini təyin edilib. Zolqadr 2010-cu ildə İran məhkəmə sisteminin beşinci rəhbəri Sadiq Laricaninin müşaviri vəzifəsinə təyin edilib və daha sonra onun müavini olub. Xatırlamaq yerinə düşər ki, Sadiq Laricani Məhəmməd Baqer Zolqədrin yerinə təyin edildiyi Əli Laricaninin qardaşıdır.
Zolqədrin geri dönüşü, xüsusilə regionda gərginliyin artdığı, ABŞ və İsraillə münasibətlərin kritik həddə yaxınlaşdığı bir mərhələdə baş verdiyi üçün, Tehranın yaxın perspektivdə daha sərt və prinsipial mövqeyə üstünlük verəcəyini göstərir. Bu təyinatın əsas mənası ondan ibarətdir ki, İran daxilində qərarverici mərkəzlər dialoq və yumşalma tərəfdarlarından daha çox "müqavimət" xəttinə inanan qüvvələrin xeyrinə dəyişir. Əli Xameneinin ətrafında formalaşan strateji düşüncə uzun illərdir Qərbə etimadsızlıq üzərində qurulub və bu istiqamətdə əsas rollardan biri SEPAH-ın üzərinə düşüb. Zolqədr də SEPAH-ın əsas simalarından olub.
Bu məqamda, ABŞ Prezidenti Donald Trampın İranda hakimiyyət dəyişikliyinin baş verməsi ilə bağlı açıqlaması da yerinə düşür. Ağ Ev rəhbərinin sözlərinə görə, İranda rejim dəyişikliyi baş verib və Vaşinqton yeni rəhbərliyin fəaliyyətini yaxından izləyərək, özünü necə göstərəcəyini qiymətləndirməyi planlaşdırır. Lakin Zolqədrin və öldürülən digər rəsmilərin yerinə təyin edilən şəxslərin bioqrafiyasına nəzər salanda, heç də belə olmadığını görürük. Çünki bu təyinat İranın faktiki idarəetməsinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlinə keçməsi ilə bağlıdır. SEPAH-ın da ABŞ və İsrailə qarşı mövqeyi məlumdur: sərt xəttin davamı. Məhəmməd Baqer Zolqədr də məhz bu xəttin davamçısıdır.
Zolqədrin təyinatı İranın diplomatik yox, hərbi və təhlükəsizlik yönümlü xətti gücləndirdiyini göstərir. Əli Laricani faktiki olaraq ölkədə əsas koordinasiya edən fiqurlardan idi və hava zərbəsində öldürüldü. Üstəlik fevralın 28-də müharibə başlayanda ali rəhbər Əli Xamenei də öldürülüb. Deməli, hazırda İranda faktiki olaraq hakimiyyəti idarə edən İslam İnqilabı Keşikçilər Korpusu bu vəziyyətdə təcrübəli bürokratdan çox loyal və təhlükəsizlik aparatına bağlı fiqura üstünlük verib. Bu isə o deməkdir ki, indiki məqamda siyasi rəhbərlik yenə də arxa plana keçir və danışıqlar ehtimalı daha azdır.
Bu istiqamətdə İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümündən sonra Prezident Məsud Pezeşkianın istefa vermək qərarına gəldiyini də xatırlatmaq yerinə düşər. Məlumata görə, ölkədəki parçalanmaya görə prezident yeni Ali Rəhbər Müctəba Xamenei ilə görüşmək istəsə də, SEPAH buna imkan verməyib və bu da Pezeşkianın istefa vermək istəyi ilə nəticələnib. Bütün bunların fonunda deyə bilərik ki, Məhəmməd Baqer Zolqədr təyinatının İran rəhbərliyinin müharibəyə davam etmək istəyindən, hərbi və təhlükəsizlik elitasının hakimiyyətdə təsirinin artdığından və ölkənin kompromisə deyil, daha çox müqavimət xəttinə üstünlük verdiyini nümayiş etdirməsindən xəbər verir. Yəni bu təyinat münaqişənin yumşalmasına deyil, əksinə, daha da sərtləşməsi ehtimalının artmasına işarə edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətPrezident: "Ticarət dövriyyəmiz 800 milyon dollardan çoxdur" - VİDEO
"Bizim indi çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər - həm regional, həm ikitərəfli, həm də daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır".
SiyasətÇexiyanın baş naziri: "Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq"
"Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər".
SiyasətSəbinə Salmanova: "Energetika sahəsi Azərbaycan ilə Çexiya arasında münasibətlərin əsas dayaqlarından biri hesab olunur"
"Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyaraq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənməkdədir. Bu əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, həm də iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya mühiti, eləcə də mədəni və humanitar sahələri əhatə edən geniş spektri özündə birləşdirir".
Siyasətİlham Əliyev: "Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq"
"Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var".