
Lənkəranda maşın təmiri sexində PARTLAYIŞ oldu
Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.
Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib.
Gundem.today APA-ya istinadən xəbər verir ki, hadisə Füzuli küçəsində "Kürə" deyilən ərazidə qeydə alınıb.
Lənkəran şəhər sakini, sözügedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzin alovlanıb və yaranan partlayış ustaya ciddi xəsarət yetirib. İ.Qasımlı yanıq xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çoxsaylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər. Xəsarət alana ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətCəlilabadda ağır qəzada xəsarət alanlardan biri evə buraxılıb
Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Cəmiyyət"Hər il yaxşı məhsul olurdu, amma indi satış yoxdur" - Tovuzlu fermerlərdən ŞİKAYƏT - VİDEO
Tovuz rayonunun Aşağı Mülkülü kəndində tonlarla soğan fermerlərin həyətində xarab olur.
CəmiyyətGəncədə qəzada xəsarət alanlarla bağlı AÇIQLAMA
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin vəziyyəti açıqlanıb.
CəmiyyətUkraynalı uşaqların daha bir qrupu reabilitasiya keçmək üçün Azərbaycana gəlib
Ukraynalı uşaqların daha bir qrupu reabilitasiya xidməti üçün Azərbaycana gəlib.