Son dəqiqə
İlham Haqverdiyev azadlığa buraxıldıİranda hava hücumundan müdafiə sistemlərinin işləmə səbəbləri məlum olduAzərbaycan üçün dönüş nöqtəsi: "Emosional addım deyil" - FOTOBirinci sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi yaradıldıİndoneziya 2027-ci ildə Azərbaycanla layihələrin yol xəritəsini hazırlayacaqAbbas Abbasov: "BTQ 10-dan çox ölkə ilə əməkdaşlıq qurmağa başlayıb"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Lənkəranda tullantı suları dənizə axıdıldı: İnzibati TƏDBİR GÖRÜLDÜ - FOTO
Lənkəranda tullantı suları dənizə axıdıldı: İnzibati TƏDBİR GÖRÜLDÜ - FOTO
Cəmiyyət

Lənkəranda tullantı suları dənizə axıdıldı: İnzibati TƏDBİR GÖRÜLDÜ - FOTO

Bu gün
12:36
0 baxış
Paylaş:

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti (SİMDNX) tərəfindən Xəzər dənizini çirkləndirən quş kəsim sexi ilə bağlı inzibati tədbir görülüb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidməti (SİMDNX) tərəfindən Xəzər dənizini çirkləndirən quş kəsim sexi ilə bağlı inzibati tədbir görülüb.

Bu barədə Gundem.today-a SİMDNX-dən məlumat verilib.

Qeyd olunub ki, xidmət tərəfindən Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən quş kəsim sexində qanunvericiliyin pozulması faktı aşkarlanıb.

"Belə ki, sosial şəbəkələrdə yayılan görüntülər əsasında 2026-cı il aprelin 17-də xidmət əməkdaşları tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin, Lənkəran Rayon Polis Şöbəsinin, həmçinin Sütəmurdov bələdiyyəsinin nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilib.

SİMDNX-dən verilən məlumata görə, aparılan araşdırma zamanı müəyyən olunub ki, kəsim sexində istehsal prosesi nəticəsində yaranan tullantı suları heç bir təmizləyici qurğudan keçirilmədən torpaq məcralı arx vasitəsilə birbaşa Xəzər dənizinə axıdılıb.

Fakt üzrə xidmətin tabeliyində fəaliyyət göstərən mərkəzi laboratoriyanın əməkdaşları tərəfindən müxtəlif nöqtələrdən su nümunələri götürülərək analiz edilib. Nəticələrə əsasən, tullantı sularının tərkibində çirkləndirici maddələrin miqdarının normadan artıq olduğu və suların təmizlənmədən dənizə axıdıldığı təsdiqlənib.

Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq, kəsim sexinin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, inzibati xəta haqqında protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq qərar qəbul olunub.

SİMDNX tərəfindən ətraf mühitin mühafizəsi və su ehtiyatlarının qorunması istiqamətində nəzarət tədbirləri davam etdirilir", - deyə məlumatda vurğulanıb.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Azərbaycan_Dövlət_Su_Ehtiyatları_Agentliyi_(ADSEA)

Oxşar Xəbərlər

Birinci sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi yaradıldıCəmiyyət

Birinci sinfə qəbulla bağlı 25 alternativ qeydiyyat mərkəzi yaradıldı

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə 1 şəhər və 5 rayonda 25 alternativ qeydiyyat mərkəzi yaradılıb.

Bu gün
14:360
İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcəkCəmiyyət

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində bu ildən etibarən ilk dəfə olaraq mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.

Bu gün
14:260
Biləsuvar rayonunda qanunsuz at kəsimi və satışının qarşısı alınıb - FOTOCəmiyyət

Biləsuvar rayonunda qanunsuz at kəsimi və satışının qarşısı alınıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şirvan-Salyan regional bölməsinin müfəttişləri Biləsuvar rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə aparılan reyd zamanı 77-XB-918 dövlət qeydiyyat nişanlı "Toyota Corolla" avtomobilinə baxış keçiriblər.

Bu gün
14:200
Bakıda dəm qazından zəhərlənərək ölən direktorun yerinə YENİ TƏYİNATCəmiyyət

Bakıda dəm qazından zəhərlənərək ölən direktorun yerinə YENİ TƏYİNAT

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) məxsus "İZİA Development" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni direktor təyin olunub.

Bu gün
14:160