
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra edilir - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün sosial-emosional öyrənmə proqramı həyata keçirilir.
Gundem.today xəbər verir ki, IDEA İctimai Birliyi, ADA Universiteti və Sosial Xidmətlər Agentliyinin birgə tərəfdaşlığı ilə icra olunan proqram sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial və emosional bacarıqlarının inkişafına dəstək verir.
Proqramın icrasına ötən aydan etibarən başlanılıb və hazırda uğurla davam etdirilir.
Proqram çərçivəsində 1, 2 və 3 saylı uşaq evi sosial xidmət müəssisələrində yaşayan uşaqlar üçün həftəlik təlim sessiyaları təşkil olunur. Sessiyalarda 100-dən çox uşaq iştirak edir. Təlimlər zamanı iştirakçıların ünsiyyət, özünüifadə, emosiyaların idarəolunması, komanda işi və qarşılıqlı əməkdaşlıq bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir.
Proqram çərçivəsində təşkil olunan təlimlər ADA Universitetinin tələbələri tərəfindən həyata keçirilir. Təlim prosesinin effektivliyinin və keyfiyyətinin təmin edilməsi məqsədilə universitetin müəllim heyəti tərəfindən iştirakçılara mütəmadi metodiki dəstək göstərilir, sessiyaların məzmunu və yanaşmaları üzrə müvafiq istiqamətləndirmə aparılır.
Təşəbbüsün əsas məqsədi sosial xidmət müəssisələrində yaşayan uşaqların sosial-emosional inkişafını dəstəkləmək, onların özünəinamını gücləndirmək, ünsiyyət bacarıqlarını inkişaf etdirmək və cəmiyyətə daha fəal inteqrasiyasına töhfə verməkdir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Siyasət"Euronews"da Azərbaycanın WUF13-ə hazırlığından reportaj yayımlandı - VİDEO
"Euronews" telekanalında Azərbaycanın 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) hazırlığına həsr olunmuş reportaj yayımlanıb.
SiyasətErmənistana buğda daşıyan yük qatarı Biləcəridən yola düşüb
Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb.
SiyasətAzərbaycanın beş gəmisi Avropa İttifaqının sanksiya siyahısından çıxarıldı - FOTO
Avropa İttifaqı Şurasının 23 aprel 2026-cı il tarixli müvafiq qərarı ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə (ASCO) məxsus "Zaqatala" gəmisi, eləcə də ASCO ilə SOCAR-ın birgə müəssisəsinə məxsus "Şuşa", "Qarabağ", "Xankəndi" və "Zəngəzur" gəmilərinə tətbiq edilmiş sanksiyalar ləğv olunub. Qərara əsasən, sözügedən gəmilər Avropa İttifaqının sanksiya siyahısından çıxarılıb.
SiyasətAzərbaycan tranzit keçməklə Ermənistan buğda göndəriləcək
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda göndəriləcək.