Son dəqiqə
Bakı-Sumqayıt yolunda güclü yanğın: Mebel və avtomobil sexləri od tutdu - FOTO - VİDEOQapalı kanallar və şifrəli mesajlar: Azərbaycana qarşı informasiya hücumunun detalları açıqlandıRusiyada FACİƏ: Dördü uşaq olmaqla, bir ailənin yeddi üzvü həlak oldu - VİDEOAzərbaycan nefti ucuzlaşıbMuhammad Nasar Hayat: "FAO Qarabağda yeni layihələr planlaşdırır"Bakıda "Azərbaycan təbiətinin izi ilə" adlı sərgi keçirilir - FOTO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub - FOTO
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub - FOTO
Cəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub - FOTO

Bu gün
09:54
0 baxış
Paylaş:

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri təşkil olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-11 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında növbəti "Dostluq Kuboku" minifutbol turniri təşkil olunub.

Gundem.today AZƏRTAC-a istinadla xəbər verir ki, turnirin təşkilində əsas məqsəd sosial xidmət müəssisələrində böyüyən uşaqlar arasında sağlam həyat tərzini və fiziki fəallığı təşviq etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasına dəstək olmaq, eləcə də yeni dostluqların qurulmasına şərait yaratmaqdır.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Bakı, Gəncə, Lənkəran və Şəki şəhərlərində yerləşən uşaq evlərinin komandaları iştirak ediblər.

Yarışda komandalar "Zəfər", "Şahinlər", "Birlik", "Kəpəz", "Xan" və "Qala" adları altında güclərini sınayıblar. Qızlar və oğlanlar arasında yüksək idman əzmi və dostluq münasibəti müşahidə olunub.

Tədbirdə iştirak edən Leyla Əliyeva oyunları izləyib, komandaları dəstəkləyib, uşaqlarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri çəkdirib. Leyla Əliyeva iştirakçılara uğurlar arzulayaraq, bu cür təşəbbüslərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Turnirin yekununda qalib komandalar diplom, medal və kubokla təltif olunublar. İkinci və üçüncü yerləri qazanan komandalar da medal və diplomlarla mükafatlandırılıblar.

Tədbirin sonunda tərbiyəçilər və təşkilatçılar belə təşəbbüslərin uşaqların həyatına müsbət təsir göstərdiyini, onların özünəinamının və sosial əlaqələrinin güclənməsinə töhfə verdiyini bildiriblər. Onlar bu cür sosial layihələrin davamlı təşkilinə görə təşəkkürlərini ifadə ediblər.

Qeyd edək ki, "Dostluq Kuboku" minifutbol turniri ötən ildən etibarən ənənəvi xarakter alıb. Bu il keçirilən yarış da həmin təşəbbüsün uğurlu davamı kimi təşkil olunub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#Leyla_Əliyeva#Dostluq_Kuboku#uşaq_evləri#minifutbol_turniri#IDEA_İctimai_Birliyi#AFFA#sosial_layihə#sağlam_həyat_tərzi#idman_tədbiri

Oxşar Xəbərlər

Bakıda "Azərbaycan təbiətinin izi ilə" adlı sərgi keçirilir - FOTOCəmiyyət

Bakıda "Azərbaycan təbiətinin izi ilə" adlı sərgi keçirilir - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan "Explore Azerbaijan with IDEA" layihəsi çərçivəsində Dənizkənarı Milli Parkda "Azərbaycan təbiətinin izi ilə" adlı sərgi keçirilir.

Bu gün
10:360
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub - FOTOCəmiyyət

Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Müalicə-Sağlamlıq Mərkəzini ziyarət ediblər.

Bu gün
10:060
Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub - FOTO - VİDEOCəmiyyət

Diplomatik korpusun nümayəndələri Şuşada sağlamlıq mərkəzinin işi ilə tanış olub - FOTO - VİDEO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Müalicə-Sağlamlıq Mərkəzini ziyarət ediblər.

Bu gün
10:060
Xarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkiblər - FOTOCəmiyyət

Xarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkiblər - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Şuşada Qazançı kilsəsinə baş çəkiblər.

Bu gün
09:430