
Lizinqdə risklərin bölüşdürülmə və sığortalanma NORMALARI
Maliyyə icarəsi (lizinq) subyektləri arasında risklərin bölüşdürülməsi və sığortalanması qaydaları müəyyənləşir.
Maliyyə icarəsi (lizinq) subyektləri arasında risklərin bölüşdürülməsi və sığortalanması qaydaları müəyyənləşir.
Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsində əksini tapıb.
Maliyyə icarəsi obyektinin zərərdən qorunması, o cümlədən onun məhv edilməsi, itirilməsi, zədələnməsi, oğurlanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa maliyyə icarəsi obyektinin faktiki qəbulu anından icarəçi daşıyır. Maliyyə icarəsi müqaviləsində bu risklərin və (və ya) sahibkarlıq risklərinin sığortalanması nəzərdə tutulduqda müqavilədə sığortalı (sığorta etdirən) və faydalanan şəxs, sığorta müqaviləsinin müddəti və sığortalanma ilə bağlı tərəflərin zəruri hesab etdiyi digər şərtlər müəyyən olunur.
Satıcının maliyyə icarəsi obyektinin alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsi və ya satıcının müflisləşməsi ilə bağlı riskin məsuliyyətini, əgər maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa satıcını seçən tərəf daşıyır.
Maliyyə icarəsi obyektinin maliyyə icarəsi müqaviləsinə əsasən istifadə məqsədlərinə uyğunsuzluğu ilə bağlı riskin məsuliyyətini, maliyyə icarəsi müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa maliyyə icarəsi obyektini seçən tərəf daşıyır.
İcarəçi qanunla müəyyən edilən hallarda, maliyyə icarəsi obyektinin istifadəsi prosesində digər şəxslərin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərər nəticəsində yaranan öhdəliklərə görə öz məsuliyyətini sığortalamalıdır.
Maliyyə icarəsi obyekti və onun istifadəsi ilə əlaqəli risklərin sığortalanmasına dair digər münasibətlər tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İqtisadiyyatTerrorçuluğa qarşı qanunları pozan şirkət onminlərlə manat cərimələndi
Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni cərimələyib.
İqtisadiyyatKomitə sədri: "Sahibkarların kredit təminatı ilə bağlı bir sıra problemlər var" - FOTO
"Maliyyə icarəsi şirkətləri gələcəkdə çox ciddi reqlamentləşdirilən, Mərkəzi Bank tərəfindən tənzimlənən, nəzarət olunan fəaliyyət sahəsi olacaq".
İqtisadiyyatLizinqdə borclunun öhdəlikləri hansı əmlaka yönəldilə bilər?
Maliyyə icarəsi zamanı borclunun əmlak münasibətlərinin xüsusiyyətləri müəyyənləşir.
İqtisadiyyatMaliyyə icarəsi müqaviləsi hansı hallarda vaxtından əvvəl ləğv edilə bilər?
Maliyyə icarəsi (lizinq) müqaviləsinin vaxtından əvvəl ləğvinin hansı hallarda mümkün olduğu yenidən müəyyənləşir.