
Makron siyasətdən gedəcəyini bildirdi
Fransa lideri Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən gedəcəyini bəyan edib.
Fransa lideri Emmanuel Makron prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən gedəcəyini bəyan edib.
Gundem.today "aif.ru" saytına istinadən xəbər verir ki, bu barədə o, Nikosiyada Fransa-Kipr məktəbinin şagirdləri ilə görüşündə danışıb.
"Əvvəlcə mən digər prezidentlərə məsləhət verirdim və nazir idim, sonra isə düşündüm ki, partiya yaradaraq vəziyyəti daha qətiyyətlə və sürətlə dəyişə bilərik", - deyə Emmanuel Makron bildirib. Bununla yanaşı, o qeyd edib ki, əvvəllər siyasətlə məşğul olmayıb və bundan sonra da məşğul olmayacaq.
Fransa mətbuatı bu bəyanatı liderin prezidentlik mandatı bitdikdən sonra siyasətdən gedəcəyi barədə anons kimi qiymətləndirib.
Qeyd edək ki, Fransada prezident seçkisinin birinci turu 2027-ci ilin aprelinə planlaşdırılıb. Emmanuel Makron ikinci prezidentlik müddəti başa çatdıqdan sonra yenidən namizədliyini irəli sürə bilməz, çünki bu, ölkə konstitusiyasına ziddir. Xatırladaq ki, o, 2017-ci ildən prezident postundadır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaSüni intellektin absurd videoları: Niyə onlara baxmaqdan özümüzü saxlaya bilmirik?
İnternet məkanında süni intellektin köməyi ilə hazırlanan qeyri-adi və absurd videoların sayı sürətlə artır. Bu kadrlarda meyvələr, tərəvəzlər və ya müxtəlif məişət əşyalarının insanlara xas hərəkətlər etdiyi müşahidə olunur.
DünyaZelenski: "Qafqaz regionu ilə əməkdaşlıq hazırlayırıq"
"Ukrayna tamdəyərli çoxkomponentli hava hücumundan müdafiə (HHM) sisteminin yaradılmasına kömək edə bilər və artıq bu sahədə bir sıra ölkələrlə əməkdaşlıq edir. Qafqaz regionu ilə əməkdaşlıq hazırlıq mərhələsindədir, digər tərəfdaşlarla müdafiə layihələri üzrə razılaşmalar davam edir".
Dünya"Samsung"un on minlərlə işçisi etiraza qalxıb
Cənubi Koreyada "Samsung"un on minlərlə işçisi əməkhaqqı səviyyəsindən narazı olduqları üçün etiraz edir və tətil keçirməyi planlaşdırır.
DünyaTramp: "İran ABŞ-yə çata biləcək raketləri qısa müddətdə hazırlaya bilər"
"İranlı mütəxəssislər ABŞ-yə çata biləcək raketləri kifayət qədər qısa müddətdə hazırlaya bilərlər".