
Malinin ən böyük hərbi bazasında partlayış və atışma olub
Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb.
Aprelin 25-də səhər saatlarında Malinin paytaxtı Bamako yaxınlığındakı Kati adlı ən iri hərbi bazada partlayış və atışma səsləri qeydə alınıb.
Gundem.today xəbər verir ki, bu barədə şahidlərin sözlərinə əsaslanaraq "Reuters" agentliyi məlumat paylaşıb.
Məlumata əsasən, hərbi bazaya gedən yollar təhlükəsizlik qüvvələri tərəfindən bloklanıb. Ölkə başçısı Assimi Qoytanın və digər yüksəkvəzifəli şəxslərin iqamətgahlarının mövcud olduğu Katidəki insidentin təfərrüatı hələ aydınlaşmayıb.
RFI radiokanalının yaydığı məlumata görə, silah səsləri ölkənin başqa bölgələrində də eşidilib. Hadisələr xüsusilə radikal qruplaşmaların aktiv olduğu şimaldakı Kidal və Qoa şəhərləri ilə yanaşı, mərkəzdəki Sevare bölgəsində də müşahidə edilib.
Atışmaların səbəbləri və ehtimal olunan itkilərlə bağlı hələlik heç bir rəsmi açıqlama verilməyib.
Xatırladaq ki, Malidə 2020-ci ilin yay aylarından etibarən iki dəfə hərbi çevriliş yaşanıb. 2021-ci ilin mayında ölkənin Konstitusiya Məhkəməsinin qərarına əsasən, polkovnik Qoyta keçid dövrü üçün dövlət başçısı postuna təyin olunub. Parlament səlahiyyətlərini icra edən Mali Milli Keçid Şurası isə Qoytanın ən azı 2030-cu ilədək ölkəyə rəhbərlik etməsini və gələcəkdə yenidən seçilmək hüququnu təsdiqləyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ vətəndaşlarının Meksikada ölümləri ilə bağlı rəsmi açıqlama
Meksika hökuməti ölkənin şimalındakı Çiuaua ştatında həlak olan iki ABŞ vətəndaşının yerli əməliyyatlarda iştirak üçün rəsmi icazəsinin olmadığını açıqlayıb.
DünyaABŞ-nin kəşfiyyat təyyarəsi yenidən Kalininqrad yaxınlığında peyda oldu
Ötən gün ABŞ-yə məxsus "Bombardier Challenger 650 Artemis II" adlı kəşfiyyat və hədəf müəyyənləşdirmə təyyarəsinin Kalininqrad vilayəti ətrafında, eləcə də Qara dəniz üzərində uçuşlar həyata keçirməsi qeydə alınıb.
Dünyaİsrail ordusu Qəzzada silahlı qruplaşmanı məhv etdi
İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsində silahlı dəstəni məhv ediblər.
Dünyaİran rəhbərliyində fikirlər haçalanır: Ağ Evlə mümkün razılaşma daxili ziddiyyətləri kəskinləşdirib
İranın rəhbərliyində ABŞ ilə razılaşma və müharibənin başa çatdırılması üçün mümkün güzəştlər barədə fikir ayrılıqları güclənir.