Son dəqiqə
İran ABŞ-yə bir ay ərzində üç məsələni həll etməyi təklif edibİyirmi doqquz mindən çox şagird və abituriyent Azərbaycan dili fənni üzrə imtahan veribİlham Əliyev polşalı həmkarı Karol Navrotskini təbrik edibAmerikalı üzgüçü Uolş dünya rekordunu yenilədiBakıda və Abşeronda şimal-qərb küləyi arabir güclənib - FAKTİKİ HAVARəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Maradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?
Maradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?
İdman

Maradonanın ölüm işində YENİ DETALLAR: Həkimlər onun ailəsinə yalan danışıblar?

Dünən
12:00
0 baxış
Paylaş:

Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın həkimləri onun ailəsinə evdə müalicə üçün hər cür şəraitin yaradılacağına söz versələr də, futbolçunun otağı lazımi səviyyədə təchiz edilməyib.

Argentinalı futbol əfsanəsi Dieqo Maradonanın həkimləri onun ailəsinə evdə müalicə üçün hər cür şəraitin yaradılacağına söz versələr də, futbolçunun otağı lazımi səviyyədə təchiz edilməyib.

Gundem.today "İnfobae" portalına istinadən xəbər verir ki, bu barədə Maradonanın arvadı (kiçik oğlunun anası) Veronika Oxeda futbolçunun ölümü ilə bağlı iş üzrə keçirilən dinləmələrdə şahid qismində çıxış edərkən bildirib.

"Bizi əmin etdilər ki, ev şəraitində hər cür ləvazimat olacaq. Hakimlərə təqdim etdiyim səs yazısında da bu fakt öz əksini tapıb. Vəd verilsə də, reallıqda heç nə, hətta adi təzyiq ölçən aparat belə yox idi", - deyə Veronika Oxeda məhkəmə ifadəsində qeyd edib.

Oxeda, həmçinin əlavə edib ki, Maradona ölümündən bir həftə əvvəl çox pis və şişkin görünüb, eyni zamanda aqressiv davranışlar nümayiş etdirib.

İş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən futbolçunun psixoloqu Karlos Dias isə ifadəsində Maradonanın qeyri-sabit olduğunu vurğulayıb. Mütəxəssis hətta futbolçuda bipolyar pozuntu olduğunu da iddia edib.

Bununla belə, ölümündən cəmi bir ay əvvəl Maradonanın alkoqol asılılığını müalicə etmək üçün işə götürülən Dias futbolçunun həqiqətən də içkini tərgitmək istədiyini diqqətə çatdırıb:

"Noyabrın 12-də psixiatr Aqustina Kosaçevlə birlikdə ona baş çəkdik. Maradona yaxşı görünürdü. Onun şüuru tam aydın idi, ünsiyyətə açıq idi və sağalmaq üçün böyük istək nümayiş etdirirdi".

Xatırladaq ki, 2022-ci ilin iyununda Argentinanın Baş Prokurorluğu səkkiz tibb işçisinə ağırlaşdırıcı hallarda ehtiyatsızlıqdan adamöldürmə maddəsi ilə ittiham irəli sürüb. Onları 8 ildən 25 ilə qədər həbs cəzası gözləyir.

Prokurorluğun araşdırması, başındakı əməliyyatdan sonra 11 noyabr 2020-ci il tarixindən etibarən evdə müalicə alan argentinalı futbolçunun ətrafında baş verən hadisələrə mərkəzləşib. Dünya çempionu 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. Ölümə səbəb kimi ağciyərlərin ödeminə gətirib çıxaran kəskin ürək çatışmazlığı göstərilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Dieqo_Maradona#Veronika_Oxeda#məhkəmə_işi#həkim_səhlənkarlığı#evdə_müalicə#Karlos_Dias#ehtiyatsızlıqdan_adamöldürmə#Argentina_Baş_Prokurorluğu#futbol_xəbərləri.

Oxşar Xəbərlər

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədiİdman

Amerikalı üzgüçü Uolş dünya rekordunu yenilədi

İkiqat Olimpiya çempionu, amerikalı üzgüçü Qretçen Uolş 100 metr məsafəyə kəpənək (batterflay) üzmə üsulunda dünya rekordu yeniləyib.

Bu gün
12:000
Rəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"İdman

Rəsul Çunayev: "Yarışla bağlı təəssüratlarımız çox əladır"

"Yarışla bağlı təəssüratlarımız çox əladır".

Bu gün
11:480
"Bakı Marafonu 2026"nın iştirakçısı: "Artıq beşinci dəfədir ki, bu yarışda iştirak edirik"İdman

"Bakı Marafonu 2026"nın iştirakçısı: "Artıq beşinci dəfədir ki, bu yarışda iştirak edirik"

"Artıq beşinci dəfədir ki, bu marafonda iştirak edirik".

Bu gün
11:240
Oxu.Az-ın "TOP-al" podkastı: İlk buraxılışda Ruslan Əmircanovdan səmimi etiraflar - VİDEOİdman

Oxu.Az-ın "TOP-al" podkastı: İlk buraxılışda Ruslan Əmircanovdan səmimi etiraflar - VİDEO

Oxu.Az-ın yeni "TOP-al" podkastının ilk buraxılışı yayımlanıb.

Bu gün
11:000