
Meksikada qəzəbli sakinlər merə hücum çəkdilər
Meksikanın mərkəzində yerləşən Puebla ştatının Ueyapan bələdiyyəsində sakinlər uzun müddətdir davam edən ərazi mübahisəsi səbəbindən əllərində baltaya oxşayan kənd təsərrüfatı alətləri ilə mer Alfonso Lino Pososa hücum edərək onu linç etməyə cəhd göstəriblər.
Meksikanın mərkəzində yerləşən Puebla ştatının Ueyapan bələdiyyəsində sakinlər uzun müddətdir davam edən ərazi mübahisəsi səbəbindən əllərində baltaya oxşayan kənd təsərrüfatı alətləri ilə mer Alfonso Lino Pososa hücum edərək onu linç etməyə cəhd göstəriblər.
Gundem.today xəbər verir ki, bu barədə "El Universal" nəşri məlumat yayıb.
Qəzetin yazdığına görə, hadisə bələdiyyə başçısının ictimai işləri yoxlamaq məqsədilə Maloapan icmasına səfəri zamanı baş verib. Yerli sakinlərdən ibarət kütlə merin arxasınca gedərək onu təhqir edib və məmurların xidməti avtomobillərinin yaxınlığında təkərlər yandırıb.
Müşayiət edən şəxslərin çevik reaksiyası nəticəsində Alfonso Lino Posos ciddi xəsarət almadan hadisə yerindən uzaqlaşa bilib.
Daha sonra mer rəsmi videomüraciət yayaraq baş verənləri qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirib.
Bələdiyyə başçısı ştatın hüquq-mühafizə orqanlarının və federal hökumətin təcili müdaxiləsini tələb edib. O, həmçinin yerli konqresi qonşu Atempan bələdiyyəsi ilə sərhədlərlə bağlı tarixi münaqişənin həllində fəaliyyətsizlikdə ittiham edib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaDünya yeni virusun qorxusu altında: Hantavirus İsrailə də çatdı
Hantavirus infeksiyası İsraildə də aşkarlanıb.
DünyaTehran yaxınlığında partlayış səsləri: Səbəbi açıqlandı - VİDEO
İran İslam Respublikasının ordusu tərəfindən həyata keçirilən hava hücumundan müdafiə (HHM) sistemlərinin sınaqları Tehran ətrafında eşidilən atəş və partlayış səslərinə səbəb olub.
DünyaTankerin qisası ağır oldu: İran kamikadze PUA-larla ABŞ esmineslərinə hücum etdi
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı yaxınlığında Amerika Birləşmiş Ştatlarına (ABŞ) məxsus üç esminesə zərbələr endirib.
DünyaParis prokurorluğu İlon Maska qarşı araşdırmalara başladı
Paris prokurorluğu iş adamı İlon Mask və onun "X" şirkətinə qarşı ilkin araşdırmalara başlayıb.