Mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR - Əlçatanlıq artırılır
Vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının diqqət mərkəzindədir. Əhalinin güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Mənzil İnşaatı Dövlət Agentliyi yaradıldı. 10 illik fəaliyyəti dövründə əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədi ilə Agentlik Bakıda və regionlarda ümumilikdə 20 layihəyə başlayıb. Bunlardan 17-si güzəştli mənzil layihəsi, üçü isə Qarabağa "Böyük Qayıdış" çərçivəsində icra olunan layihələrdir. Bu komplekslərdəki mənzillər həm "Güzəştli mənzil" sistemi vasitəsilə, həm də dövlət sifarişi əsasında vətəndaşlara təqdim edilib. Beləliklə, 10 il ərzində Agentliyin layihələrindən ümumilikdə 12 minə yaxın ailə mənzil əldə edib. Hazırda reallaşdırılan və layihələndirmə mərhələsində olan 6 layihədə isə 5 mindən çox mənzilin, 1 məktəbin və 4 uşaq bağçasının tikilməsi nəzərdə tutulub.