Son dəqiqə
DİQQƏT - Azərbaycan səmasında parlaq izlər görünə bilərBakıda mağazadan 100 min manatlıq qızılın oğurlanma GÖRÜNTÜLƏRİAğcabədidə yeniyetmənin yanaraq öldüyü dəhşətli hadisənin TƏFƏRRÜATIQaxda mindən çox abonentin qazı kəsilibGünəşdə son iki ay yarımın ən böyük partlayışı oldu - VİDEOBaş İdarədən ƏMƏLİYYAT: Tərkibi dəyişdirilmiş 49 kq marixuana müsadirə edildi - FOTO - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Mərkəzi Bank yeni reyestr yaradacaq
Mərkəzi Bank yeni reyestr yaradacaq
İqtisadiyyat

Mərkəzi Bank yeni reyestr yaradacaq

Dünən
14:02
0 baxış
Paylaş:

Mərkəzi Bank tərəfindən maliyyə icarəsi (lizinq) verənlərin reyestri yaradılacaq.

Mərkəzi Bank tərəfindən maliyyə icarəsi (lizinq) verənlərin reyestri yaradılacaq.

Gundem.today-ın məlumatına görə, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Maliyyə icarəsi haqqında" yeni qanun layihəsində əksini tapıb.

Mərkəzi Bank tərəfindən aparılan reyestr ictimaiyyət üçün açıq olacaq. Oraya icarəyə verənlərin adları, hüquqi ünvanı, filialları, idarəetmə funksiyalarını həyata keçirən şəxslərin adları, reyestrə daxiledilmə nömrəsi və tarixi, maliyyə icarəsi fəaliyyətinin məhdudlaşdırılması, dayandırılması, habelə reyestrdən çıxarılmış icarəyə verənlər haqqında məlumatlar daxil edilir.

Qanun layihəsi ilə maliyyə icarəsi verənlərin fəaliyyətinin prudensial tənzimlənməsi və onların fəaliyyətinə nəzarətlə bağlı tənzimləmə çərçivəsi formalaşdırılır. Layihənin qəbul edilməsi ilə maliyyə bazarlarında tənzimləmənin xüsusiyyətləri nəzərə alınmaqla, maliyyə icarəsi fəaliyyəti ilə (maliyyə icarəsi verən qismində) yalnız hüquqi şəxslər məşğul ola biləcək və bunun üçün Mərkəzi Bank tərəfindən yaradılacaq maliyyə icarəsi verənlərin reyestrinə daxil edilmə əsas şərt hesab ediləcək.

Bu məqsədlə bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslər tələb edilən sənəd və məlumatları Mərkəzi Banka təqdim edəcək.

Layihədə icarəyə verənlər üçün minimum nizamnamə kapitalına və öz vəsaitlərinə (xarici hüquqi şəxsin yerli filialı həmin vəsaitlərə bərabər tutulmuş vəsaitlərə) malik olma tələbi müəyyən edilmiş və bu vəsaitlərin minimum məbləği, formalaşdırılması, hesablanması qaydası, strukturu və tərkibi ilə bağlı tələblərin Mərkəzi Bank tərəfindən müəyyənləşdirilməsi təsbit edilir.

İcarəyə verən tərəfindən mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi, təqdim və dərc edilməsi ilə bağlı münasibətlər "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir

İcarəyə verən illik maliyyə hesabatını (maliyyə vəziyyətini əks etdirən hesabatları) və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə (qanunda nəzərdə tutulan hallarda) "Mühasibat uçotu haqqında" uyğun olaraq müəyyən olunmuş müddətdə Mərkəzi Banka təqdim etməlidir.

İcarəyə verəndə yoxlamanı aparan kənar auditor maliyyə icarəsi fəaliyyəti sahəsində aşkar etdiyi qanun pozuntuları və çatışmazlıqlar barədə Mərkəzi Banka yazılı məlumat verməlidir. İcarəyə verənin auditini aparan və ya aparmış kənar auditor nəzarət funksiyasının həyata keçirilməsi üçün tələb olunduqda Mərkəzi Bankın yazılı sorğusuna əsasən auditini həyata keçirdiyi icarəyə verənin fəaliyyətinə dair istənilən sənəd və məlumatları sorğuda müəyyən edilmiş müddətdə Mərkəzi Banka təqdim etməlidir.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#Milli_Məclis#İqtisadi_siyasət#sənaye_və_sahibkarlıq_komitəsi

Oxşar Xəbərlər

Azərbaycan nefti ucuzlaşıbİqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb.

Bu gün
09:400
"SOCAR Trading" yeni neft-kimya zavodlarının inkişafı üçün əsas amilləri açıqlayıbİqtisadiyyat

"SOCAR Trading" yeni neft-kimya zavodlarının inkişafı üçün əsas amilləri açıqlayıb

"Gələcəkdə xammalın çoxfunksionallığı və yaşıl enerjinin inteqrasiyası yeni neft-kimya zavodlarının texnoloji inkişafını müəyyən edən əsas amillər olacaq".

Bu gün
17:180
Gümüşün qiyməti 75 dollardan aşağı düşübİqtisadiyyat

Gümüşün qiyməti 75 dollardan aşağı düşüb

Nyu-York Ticarət Birjasının (NYMEX) altbölməsi olan "Comex" platformasında 2026-cı ilin may ayında təhvil verilməsi nəzərdə tutulan gümüş füçerslərinin dəyəri 2026-cı il aprelin 13-dən bu yana ilk dəfə olaraq bir Trua unsiyası üçün 75 dollardan aşağı düşüb.

Bu gün
16:200
"SOCAR Trading": "BTC regionda daha təhlükəsiz və dəyərli ixrac marşrutudur"İqtisadiyyat

"SOCAR Trading": "BTC regionda daha təhlükəsiz və dəyərli ixrac marşrutudur"

"Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri region üçün daha təhlükəsiz və dəyərli ixrac marşrutudur".

Bu gün
11:550