Son dəqiqə
İlham Əliyev: "Azərbaycan və İtaliya strateji tərəfdaşlardır"Hörmüz boğazında gərginlik: Cənubi Koreya gəmisinə hücum edilib?Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış edirlərMeloni: "Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır"Prezident İlham Əliyevin Corcia Meloni ilə geniş tərkibdə görüşü olub - FOTOABŞ hərbçilərinə SEPAH katerlərinə zərbə endirməyə icazə verilib
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
Siyasət

Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb

Bu gün
19:06
0 baxış
Paylaş:

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Qərbdə mənzillənən ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb.

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Qərbdə mənzillənən ermənipərəst dairələr tərəfindən Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb.

Gundem.today AZƏRTAC-a istinadən açıqlamanı təqdim edir.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı davamlı uğurların və Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsi fonunda, habelə Bakı şəhərində keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində Azərbaycan Respublikasına qarşı Qərb ölkələrində mənzillənən ermənipərəst dairələr tərəfindən son vaxtlar hibrid təhdid elementlərindən istifadə olunduğu müşahidə edilir.

Müşahidə olunan aktivliyin Azərbaycanda keçirilmiş COP29 konfransı ərəfəsində və tədbir zamanı aparılan fəaliyyətlərlə bənzərlik təşkil etməsi Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası tərəfindən (Komissiya) öz səlahiyyətləri çərçivəsində araşdırma aparılmasını zəruri edib.

Qeyd edilməlidir ki, o vaxt ölkəmizə qarşı hibrid təhdidlərin əsasən iki növü - "Lawfare", yəni hüquqi vasitələrlə təzyiq və dezinformasiya kampaniyaları geniş vüsət almışdı.

Komissiya tərəfindən cari il mayın 2-də ermənipərəst dairələr tərəfindən əlaqələndirilmiş şəkildə aparılan dezinformasiya kampaniyası ilə bağlı açıqlama verilib. Eyni zamanda, Milli Məclis ölkəmizə təzyiq göstərmək istəyən Avropa Parlamenti, Belçika Federal Parlamentinin Nümayəndələr Palatası və Niderland Nümayəndələr Palatasına layiq olduqları cavabları verib, lazımi addımları atıb, qəbul edilən ədalətsiz və anti-Azərbaycan qətnamələrə kəskin etirazını bildiribdir.

Komissiya tərəfindən, ilk növbədə, Belçika Federal Parlamentinin Nümayəndələr Palatasının qəbul etdiyi, həmçinin hüquqi qüvvəsi olmayan və öhdəlik yaratmayan qətnamənin həm layihə versiyasının (04.02.2026), həm də qəbul olunmuş variantının (16.04.2026) mətnləri müqayisəli təhlil edildikdən sonra burada hiyləyə yol verildiyi müəyyən olunub.

Belə ki, müəllif Mişel De Maeqd (Michel De Maegd) və digər dörd həmmüəllif tərəfindən layihə komitəyə təqdim olunan zaman onun dili yumşaq, adı neytral ("Belçikadan 2026-cı ilin mayında İrəvanda keçiriləcək Avropa İttifaqı-Ermənistan və Avropa Siyasi Birliyi sammitlərindən Ermənistan ilə Azərbaycan arasında sülh prosesini gücləndirmək üçün istifadə etməsinə çağıran qətnamə") və sülh prosesini dəstəkləyən olsa da, yekun versiya daha radikal olub, Azərbaycana qarşı sərt addımların atılması və ölkəmizin daxili işlərinə qarışmaq tələbləri ilə "zənginləşdirilib".

Düşünürük ki, bu cür taktikadan istifadə olunmasında məqsəd qətnamə layihəsinin Xarici əlaqələr komitəsindən keçirərək rahat formada plenar iclasa tövsiyə olunması niyyəti ilə edilib.

Bununla bağlı şübhələrimizi artıran digər fakt isə aprelin 16-da plenar iclas zamanı baş verən proseslərlə bağlıdır. İlk növbədə, qeyd edilməlidir ki, Belçika parlamentindəki prosedur qaydalarına görə, plenar iclas zamanı səsverməyə çıxarılan bütün məsələlər (istər qətnamə və ya başqa bir sənəd olsun) müzakirədən dərhal sonra deyil, iclasın yekununda səsə qoyulur.

Azərbaycan əleyhinə olan bu qətnamənin müzakirəsi və səsvermə ilə bağlı videokadrlardan da göründüyü kimi, müzakirələr zamanı iclas zalı demək olar boş olub və orada 150 deputatdan yalnız 30-35 nəfər iştirak edib. Bu, onu deməyə əsas verir ki, belçikalı deputatların təxminən 80 faizi üçün nə qətnamə ilə bağlı edilən çıxışlar, nə də onun məzmunu əhəmiyyət kəsb etməyib. Lakin həmin gün gündəlikdə digər vacib məsələlər və səsvermədə iştirak zəruri olduğu üçün zaldakı bütün deputatlar (134 nəfər) avtomatik şəkildə Azərbaycan əleyhinə olan qətnaməyə də səs vermiş olublar.

Bu qətnamə ilə bağlı diqqət çəkən digər məqam isə orada açıq formada "Ermənistanla əlaqələrdə Niderland və Lüksemburq nümunələrinə uyğun hərəkət etmək" çağırışın olmasıdır. Qətnamədə bu cür ifadəyə yer verilməsi erməni lobbisinin təsiri altında fəaliyyət göstərən bir sıra Avropa İttifaqına üzv ölkələrin deputatlarının əlaqələndirilmiş formada fəaliyyət göstərən "ermənipərəst blok" formalaşdırdıqlarını deməyə əsas verir.

Bu məsələdə mənzil-qərargahı Brüsseldə yerləşən və Avropanın 13 ölkəsində fəaliyyət göstərən "Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası (EAFJD)" adlı lobbi təşkilatının əsas rol oynadığı, onun Belçika parlamentinin Xarici əlaqələr komitəsinin bir sıra üzvləri ilə sıx münasibətlərinin olduğu, habelə 2025-ci ilin aprelində həmin Komitə üçün təqdimat keçirdiyi faktlarla müəyyən edilib.

Mişel De Maeqdin parlamentdə 2019-2026-cı illər ərzində fəaliyyətinə nəzərə saldıqda, onun müəllifi və ya həmmüəllifi olduğu bütün qətnamə layihələrinin 7-si sırf Azərbaycana qarşı olub. Bu fəaliyyəti çərçivəsində o anti-Azərbaycan və ya ölkəmizin adı keçən məsələlərlə bağlı Belçika Krallığının hökumət rəsmilərinə ümumilikdə 6 yazılı sual ünvanlayıb. Onun plenar iclaslar zamanı verdiyi şifahi suallarının sayı 3, komitə iclaslarında isə bu tipli sualların sayı

#Siyasət#Milli_Məclis

Oxşar Xəbərlər

İlham Əliyev: "Azərbaycan və İtaliya strateji tərəfdaşlardır"Siyasət

İlham Əliyev: "Azərbaycan və İtaliya strateji tərəfdaşlardır"

"Bizim ölkələrimiz strateji tərədaşlardır".

Bu gün
19:580
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış edirlərSiyasət

Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni mətbuata bəyanatlarla çıxış edirlər.

Bu gün
19:560
Meloni: "Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır"Siyasət

Meloni: "Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır"

"Azərbaycan İtaliya üçün həm qaz, həm də neft təchizatında strateji tərəfdaşdır".

Bu gün
19:540
Prezident İlham Əliyevin Corcia Meloni ilə geniş tərkibdə görüşü olub - FOTOSiyasət

Prezident İlham Əliyevin Corcia Meloni ilə geniş tərkibdə görüşü olub - FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Corcia Meloni ilə geniş tərkibdə görüşü olub.

Bu gün
19:460