
Mirələm Cəlalov vəzifəsindən azad edildi
Azərbaycanın səhiyyə sistemində mühüm kadr yerdəyişməsi baş verib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi"nin direktoru Mirələm Cəlalov tutduğu vəzifədən azad olunub.
Azərbaycanın səhiyyə sistemində mühüm kadr yerdəyişməsi baş verib. TƏBİB-in tabeliyində fəaliyyət göstərən "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi"nin direktoru Mirələm Cəlalov tutduğu vəzifədən azad olunub.
Gundem.today Konkret.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr artıq imzalanıb.
Qeyd edək ki, Mirələm Cəlalov bu vəzifəyə 2023-cü ilin yayında, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin birləşdirilməsi prosesindən sonra gətirilmişdi.
Xatırladaq ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi ölkə üzrə bütün təcili tibbi yardım briqadalarının vahid idarəetməsini həyata keçirən strateji bir qurumdur. Mirələm Cəlalovun gedişindən sonra mərkəzə rəhbərliyin müvəqqəti olaraq kimə həvalə ediləcəyi və ya yeni təyinatın kim olacağı barədə hələlik rəsmi məlumat verilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Cəmiyyət"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür
"Laçın" sərhəd-buraxılış məntəqəsinin qurulmasından üç il ötür.
CəmiyyətAltı ay əvvəl direktor təyin olunmuşdu: Pərviz Hacıyev öz ərizəsi ilə VƏZİFƏSİNDƏN AYRILDI
Respublika Kliniki Uroloji Xəstəxanasının direktoru Pərviz Hacıyev vəzifəsindən ayrılıb.
CəmiyyətPaytaxtda qəza baş vermiş kollektorda işlər davam etdirilir - Sakinlər nə vaxt evlərinə qayıdacaqlar? - VİDEO
Üzərində fərdi yaşayış evləri inşa edildiyi üçün qəza baş verən kollektorda yaranmış fəsadların aradan qaldırılması işləri davam etdirilir.
CəmiyyətSürücülərə XƏBƏRDARLIQ: Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Avtomobil yollarında vəziyyət açıqlanıb.