
Moskva ilə Bakı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Aprelin 8-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.
Aprelin 8-də Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.
Gundem.today bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.
Bildirilib ki, görüş zamanı qarşıdan gələn hökumətlərarası təmaslar fonunda ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunub. Xarici siyasət idarələri xətti ilə koordinasiyanın aktual məsələlərinə toxunulub.
"Hərtərəfli Rusiya-Azərbaycan əlaqələrinin və müttəfiqlik qarşılıqlı fəaliyyətinin daha da möhkəmləndirilməsi, habelə Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı məqsədilə səmərəli birgə işin davam etdirilməsinə qarşılıqlı sadiqlik qeyd edilib" , - deyə məlumatda vurğulanır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
SiyasətNaxçıvanda Ombudsman haqqında qanun ləğv oluna bilər
Naxçıvanda "Ombudsman haqqında" Qanun ləğv oluna bilər.
SiyasətAzərbaycan və Ukrayna XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər
Aprelin 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ukraynanın xarici işlər naziri Andrey Sibiqa arasında telefon danışığı keçirilib.
SiyasətLitvanın baş naziri Azərbaycana gəlib
Litva Respublikasının Baş naziri İnqa Ruqiniene aprelin 8-də Azərbaycana rəsmi səfərə gəlib.
SiyasətAzərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı: Pakistanın vasitəçiliyi təqdir olundu
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı baş tutub.