
Müharibəyə görə Azərbaycandan həcc ziyarəti TƏXİRƏ SALINACAQ? - Rəsmi AÇIQLAMA
"Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiz tamamlanıb".
"Həcc ziyarəti ilə bağlı sənəd qəbulu üzrə kvota artıq 96 faiz tamamlanıb".
Bunu Gundem.today-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.
O bildirib ki, regionda baş verən gərginliyin həcc ziyarətinin təşkilinə təsiri olmayacaq:
"Münaqişə qızışandan, gərginlik artandan bəri bir neçə ümrə ziyarəti təşkil etmişik, heç birində problem olmadı. Allahın izni ilə həcc ziyarəti də eyni qaydada həyata keçiriləcək. Zərurət yaranacağı təqdirdə alternativ marşrutlardan istifadə ediləcək".
O qeyd edib ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir:
"Həcc ziyarəti üzrə sənəd qəbulu aprel ayının ortalarına qədər aparılacaq. Müraciət edənlər arasında orta yaş üstünlük təşkil edir. Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq".
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBir sıra yollarda sürət həddi endirildi
Hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilib, tablolarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.
CəmiyyətTƏBİB-ə yeni icraçı direktor TƏYİN EDİLDİ
Aprelin 14-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının sədri, Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovun sədrliyi ilə Şuranın iclası keçirilib.
CəmiyyətYanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə DOĞULANLARIN SAYI AZALIB
Cari ilin yanvar-fevral aylarında doğulan və ölən şəxslərin sayı açıqlanıb.
CəmiyyətYanvar-fevral aylarında evlənənlərin sayı boşananlardan çox olub
Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 250 nikah və 3 376 boşanma halı qeydə alınıb.