Son dəqiqə
Tehranda ticarət mərkəzindəki yanğında 11 nəfər ölübİlham Əliyev Məhəmməd Əl-Casiri qəbul etdi - FOTOCənubi Koreyada keçmiş birinci xanımın həbs cəzasını artıran hakim ölü tapıldıSumqayıtda oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ata ilə bağlı QƏRARQlobal gərginliklər Azərbaycana nə vəd edir? - İNFLYASİYA PROQNOZLARI AÇIQLANDI"Yatırılan hər bir dollar beş dollar gəlir gətirir" - BMT rəsmisindən maraqlı fakt
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İqtisadiyyat
  3. Muxtar Babayev: "Son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon dollar zərər vurub"
Muxtar Babayev: "Son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon dollar zərər vurub"
İqtisadiyyat

Muxtar Babayev: "Son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon dollar zərər vurub"

Bu gün
10:02
0 baxış
Paylaş:

"Dünyada son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon ABŞ dolları zərər vurub. Bu, hər il təxminən 100 milyard dollardan artıq itkidir. Qeyd edilən fakt bir daha göstərir ki, iqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi bir çağırışa çevrilir".

"Dünyada son 30 ildə iqlim hadisələri kənd təsərrüfatına 3 trilyon ABŞ dolları zərər vurub. Bu, hər il təxminən 100 milyard dollardan artıq itkidir. Qeyd edilən fakt bir daha göstərir ki, iqlim riskləri ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün çox ciddi bir çağırışa çevrilir".

Gundem.today xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişaf Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu gün kənd təsərrüfatı yalnız iqtisadi fəaliyyət sahəsi deyil, ərzaq təhlükəsizliyi və iqtisadi sabitlik üçün strateji əhəmiyyət daşıyan əsas sektorlardan biridir:

"Əvvəllər mövsümü xarakter daşıyan iqlim hadisələri bu gün tez-tez baş verir. Geniş miqyaslı quraqlıq və daşqınlar olur.

Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, hava və iqlimlə bağlı fəlakətlərin sayı beş dəfə artıb. Sellər ən təhlükəli fəlakət hesab olunur. 168 ölkədə 4 700-dən çox sel hadisəsi qeyd alınıb, bu 3.2 milyard insanı əhatə edib.

Ekstremal hadisələrin proqnozlaşdırılması mürəkkəbləşir. Bu isə erkən xəbərdarlıq sistemləri üçün əlavə problemlər yaradır. Kənd təsərrüfatında planlaşdırmanı çətinləşdirir, risklərin idarə olunması daha da qəlizləşir.

Habelə artan tələbatı qarşılamaq olduqca çətinləşib. İqlim dəyişikliyi nəticəsində 2 milyard hektardan çox torpaq sahəsi deqradasiyaya məruz qalıb.

Quraqlıq məhsuldarlığın azalmasına səbəb olur. Yağış və daşqınlar eroziyanı sürətləndirir, torpaq qatını yuyur, aqrar sahəyə ziyan vurur. Məsələ bununla bitmir. Kənd təsərrüfatı həm risklərə üzləşən və bunu formalaşdıran əsas səbəbdir. Son dövrlərdə region dövlətlərində baş verən münaqişələr də ətraf mühitə zərər verir".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İqtisadiyyat#iqlim_dəyişikliyi#kənd_təsərrüfatı#aqrobiznes#Muxtar_Babayev#ərzaq_təhlükəsizliyi#iqlim_fəlakətləri#iqtisadi_zərər#daşqınlar#quraqlıq#ekologiya

Oxşar Xəbərlər

Qlobal gərginliklər Azərbaycana nə vəd edir? - İNFLYASİYA PROQNOZLARI AÇIQLANDIİqtisadiyyat

Qlobal gərginliklər Azərbaycana nə vəd edir? - İNFLYASİYA PROQNOZLARI AÇIQLANDI

Baza ssenarisinə əsasən, cari və növbəti ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır.

Bu gün
10:480
"Yatırılan hər bir dollar beş dollar gəlir gətirir" - BMT rəsmisindən maraqlı faktİqtisadiyyat

"Yatırılan hər bir dollar beş dollar gəlir gətirir" - BMT rəsmisindən maraqlı fakt

"Kənd təsərrüfatına qoyulan hər bir dollar beş dollar gəlir gətirir".

Bu gün
10:440
Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDIİqtisadiyyat

Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI

"Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1.1 dərəcə təşkil edib".

Bu gün
10:320
Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİİqtisadiyyat

Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı QƏRAR VERDİ

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6.5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Bu gün
10:030