
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu - FOTO
Sərfəli xidmətləri ilə tanınan "Nar" sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirərək "Ümid oturacağı" layihəsinə dəstək verib. Bakıda keçirilən tədbir çərçivəsində 6-12 yaş arası fiziki məhdudiyyətli uşaqlara xüsusi təkərli oturacaqlar təqdim olunub, ümumilikdə 60 uşaq bu təşəbbüsdən faydalanıb. Təqdim olunan vasitələr uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha fəal inteqrasiyasını dəstəkləyir, yüngül, rahat və beynəlxalq standartlara uyğun olmaqla bir
Sərfəli xidmətləri ilə tanınan "Nar" sosial məsuliyyət prinsiplərinə sadiqliyini davam etdirərək "Ümid oturacağı" layihəsinə dəstək verib. Bakıda keçirilən tədbir çərçivəsində 6-12 yaş arası fiziki məhdudiyyətli uşaqlara xüsusi təkərli oturacaqlar təqdim olunub, ümumilikdə 60 uşaq bu təşəbbüsdən faydalanıb. Təqdim olunan vasitələr uşaqların gündəlik həyatını asanlaşdırmaqla yanaşı, onların cəmiyyətə daha fəal inteqrasiyasını dəstəkləyir, yüngül, rahat və beynəlxalq standartlara uyğun olmaqla birlikdə cəlbedici dizaynı ilə həm fiziki rahatlığı, həm də özünəinamı artırır.
"Biz "Nar" olaraq, ESG strategiyamız çərçivəsində cəmiyyətin həssas qruplarının dəstəklənməsinə xüsusi önəm veririk. "Ümid oturacağı" kimi təşəbbüslər vasitəsilə fiziki məhdudiyyətli uşaqların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və onların cəmiyyətə daha fəal inteqrasiyasına töhfə vermək bizim üçün vacibdir", - deyə "Nar"ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökümə Kərimova bildirib.
Qeyd edək ki, "Ümid oturacağı" beynəlxalq sosial təşəbbüsü dünyanın 23-dən çox ölkəsində həyata keçirilərək 10 mindən artıq uşağa dəstək olub və bu sahədə nümunəvi layihələrdən biri kimi tanınır. Layihə Azərbaycanda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tərəfdaşlığı, İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyinin təşəbbüsü və "Nar"ın iştirakı ilə həyata keçirilib.
Hazırda 2.2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən, Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
Digər"Azeronline"a yeni baş müdir təyin edilir
Azərbaycanın aparıcı internet provayderlərindən biri olan "Azeronline LTD" BM-ə yeni baş müdir təyin olunur. Bu vəzifə Fərid Akif oğlu Salamova həvalə edilir.
DigərƏdliyyə naziri Şəmkir şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov mayın 1-də Şəmkir şəhərində vətəndaşları qəbul edib.
DigərTender qarantiyasını "Yelo İnternet Bankçılıq"da tam onlayn əldə et!
"Yelo Bank" korporativ müştəriləri üçün rəqəmsal xidmətlərini genişləndirməyə davam edir. Bankın təqdim etdiyi növbəti yenilik sayəsində hüquqi şəxs və fərdi sahibkarlar artıq tender qarantiyasını banka gəlmədən, "İnternet Bankçılıq" platforması üzərindən tam onlayn əldə edə bilərlər.
DigərBeynəlxalq Telekommunikasiya İttifaqının Azərbaycandakı Regional Akselerasiya Mərkəzinin fəaliyyət planı müzakirə edilib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) ekspertləri, o cümlədən innovasiya ekosisteminin fəal üzvlərinin iştirakı ilə Regional Akselerasiya Mərkəzinin (RAM) gələcək fəaliyyətinə dair onlayn görüş baş tutub. Görüş zamanı mərkəzin məqsədləri, missiyası, idarəetmə modeli və funksional istiqamətləri üzrə ekosistem iştirakçılarının rəyləri toplanılıb və geniş fikir mübadiləsi aparılıb.