"Nar" inklüziv məşğulluğun təşviqinə töhfə verir
Sərfəli mobil operator "Nar" gənclərin peşə bacarıqlarının inkişafına, əmək bazarına inteqrasiyasına və işlə təmin olunmasına dəstək verən "Təlim Məktəbi" layihəsini on ilə yaxındır ki, həyata keçirir. Bu illər ərzində layihə modelyer-dərzi, manikür ustası, aşpaz, şirniyyat ustası və motorçu kimi müxtəlif peşələri əhatə edib. Layihə çərçivəsində iştirakçılar müxtəlif peşələr üzrə bilik və praktiki bacarıqlar əldə edir, bu bacarıqları real iş mühitində tətbiq edərək əmək fəaliyyətinə başlamaq imkanı qazanırlar.