Son dəqiqə
Əraqçı: "ABŞ İrana təklif göndərib, nəzərdən keçiririk""UFC Fight Night"ın Bakıda təşkil olunması Azərbaycana nə qazandıracaq? - VİDEOİsrail şekelinə bağlı ilk steyblkoin təsdiqlənibÇexiya Azərbaycanın azad edilmiş ərazilərində investisiya imkanlarını araşdıracaqİqtisadi Əməkdaşlıq Təşkilatının 18-ci Zirvə görüşü İranda keçirilməyə bilərBrent markalı neftin qiyməti 109 dolları ötüb
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı - FOTO
Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı - FOTO
Cəmiyyət

Narşərab emalı müəssisəsində mənşəyi bilinməyən məhsullar tapıldı - FOTO

Bu gün
18:32
0 baxış
Paylaş:

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Anar Həbib oğlu İskəndərliyə məxsus narşərab emalı müəssisəsində keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktlara, sanitariya norma və qaydaları tələblərinə əməl edilmədiyi üzə çıxıb.

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi 51A/2858A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Anar Həbib oğlu İskəndərliyə məxsus narşərab emalı müəssisəsində keçirilən yoxlama zamanı texniki normativ hüquqi aktlara, sanitariya norma və qaydaları tələblərinə əməl edilmədiyi üzə çıxıb.

Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, müəssisədə emal edilən "Miraj" əmtəə nişanlı narşərab məhsulunun istehsalında mənşəyi bilinməyən nar şirəsindən istifadə edildiyi, həmçinin yoxlama zamanı məhsulun tərkibində rəngləyici qida əlavəsi müəyyən edilib. Eyni zamanda emal prosesinin həyata keçirilməsi üçün avadanlığın olmadığı və müvafiq sahənin ayrılmadığı, xammal və hazır məhsul anbarında havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, texnoloji prosesin ardıcıllığının pozulması aşkarlanıb.

Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Nöqsanlar aradan qaldırılanadək narşərab məhsulunun emalı dayandırılıb. Həmçinin "Miraj" əmtəə nişanlı narşərab məhsulunun satışının dayandırılması, dövriyyədən çıxarılması və məhsul partiyasının geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Cəmiyyət#narşərab_emalı#Miraj_narşərab#Qida_Təhlükəsizliyi_Agentliyi#AQTA_yoxlama#Şüvəlan_qəsəbəsi#saxta_qida_məhsulları#qida_təhlükəsizliyi#nar_şirəsi#Xəzər_rayonu#qida_əlavələri.

Oxşar Xəbərlər

Bakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcəkCəmiyyət

Bakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcək

Bakının Vladislav Plotnikov küçəsində birtərəfli hərəkət təmin ediləcək.

Bu gün
20:360
Elxan Mikayılova vəzifə verildiCəmiyyət

Elxan Mikayılova vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sabiq aparat rəhbəri Elxan Mikayılova yeni vəzifə verilib.

Bu gün
19:120
Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNATCəmiyyət

Nəcibə Nəsibovanın yerinə yeni TƏYİNAT

Azərbaycanın Türkiyədəki səfirliyində təhsil məsələləri üzrə müşavir Nəcibə Nəsibova tutduğu vəzifədən ayrılıb.

Bu gün
19:000
Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaqCəmiyyət

Bakıda bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (metronun "Ulduz" stansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu gün
18:420