
Nazir müavini: "Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur"
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya valideyn nəzarəti panellərinin yaradılması, yaşın təsdiqlənməsi mexanizmlərinin tətbiqi və digər texniki həllər daxildir. Buna görə də qanunun daha uğurlu icrası üçün bir qədər uzun adaptasiya dövrünün nəzərdə tutulması faydalı ola bilər".
"Sosial media platformalarının üzərinə ciddi öhdəliklər qoyulur. Buraya valideyn nəzarəti panellərinin yaradılması, yaşın təsdiqlənməsi mexanizmlərinin tətbiqi və digər texniki həllər daxildir. Buna görə də qanunun daha uğurlu icrası üçün bir qədər uzun adaptasiya dövrünün nəzərdə tutulması faydalı ola bilər".
Gundem.today xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Milli Məclisin İnsan hüquqları, Ailə qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib:
"Digər məsələ məhdudiyyətlərin aşılması imkanları ilə bağlıdır. Dünyanın bir çox ölkələrində, o cümlədən Avstraliyada VPN xidmətlərindən istifadə geniş yayılıb. Eyni zamanda, bəzi gənclər yaşın müəyyənləşdirilməsi və üz tanınması sistemlərindən yayınmaq üçün müxtəlif üsullardan istifadə edərək özlərini daha yaşlı kimi təqdim etməyə çalışırlar. Bu reallıqdır və bunu nəzərə almaq lazımdır. Məhz buna görə də yenidən maarifləndirmə məsələsinə qayıdırıq. Hesab edirik ki, bu sahədə uğurun əsas şərtlərindən biri dövlət qurumlarının, valideynlərin, təhsil müəssisələrinin və sosial media platformalarının birgə fəaliyyətidir. Sosial media platformalarının üzərinə qoyulan öhdəliklərlə yanaşı, maarifləndirmə tədbirləri də bu sahədə nəticə əldə etməyimizə kömək edəcək".
"Qanun layihəsində də nəzərdə tutulur ki, sosial media platformalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Biz hesab edirik ki, bu siyahı daimi monitorinq edilməlidir. Yeni platformalar meydana çıxdıqca onların fəaliyyəti izlənilməli, istifadəçi kütləsi artdıqda və geniş yayılmağa başladıqda həmin platformaların da müvafiq siyahıya daxil edilməsi nəzərdən keçirilməlidir", - nazir müavini vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətGəncədə qəzalı yataqxanaların sakinləri köçürülür: Narazı qalanlar var - VIDEO
Gəncədə qəzalı yataqxana sakinlərinin yeni binalara köçürülməsi başlanıb. Vətəndaş şikayətləri və Gəncə Şəhər İcra Hakimiyyətinin mənzil təminatı barədə rəsmi açıqlaması ilə tanış olun.
CəmiyyətAnna Palamar: "Dəri problemlərindən çox, onların səbəbləri məni maraqlandırır"
"20 ildir dəri sağlamlığını araşdırıram, həmçinin dərinin müalicəsi ilə məşğul oluram. Məni daha çox dəri problemləri deyil, onların səbəbləri və mahiyyəti maraqlandırır".
CəmiyyətSabah hava meteohəssas insanlar üçün necə olacaq?
İyunun 9-na olan tibbi-meteoroloji proqnoz açıqlanıb.
CəmiyyətRespublika Fənn Müsabiqələrinin ilkin nəticələri elan edildi
Mayın 31-də keçirilmiş Respublika Fənn Müsabiqələrinin ilkin nəticələri elan edilib.