
Nəriman Axundzadə MLS-də ikinci oyununa çıxdı, komandası qalib gəldi
ABŞ-nin "Kolambus Kryu" klubunun şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.
ABŞ-nin "Kolambus Kryu" klubunun şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.
Gundem.today xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun "Atlanta Yunayted"lə səfər matçında meydana çıxıb.
O, 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib. Görüş qonaq komandanın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Kolambus Kryu"nun cari mövsümdə ilk qalibiyyətidir.
Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanXəstəxanaya yerləşdirilmiş Luçeskunun vəziyyəti pisləşib
Rumıniyalı məşqçi Mirça Luçeskunun xəstəxanaya yerləşdirildikdən sonra vəziyyəti pisləşib.
İdmanYeniyetmə cüdoçularımız Avropa Kubokunda 24 medal qazanıblar
Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunu 24 medalla başa vurublar.
İdman"Mançester Siti" İngiltərə Kubokunda rekord müəyyənləşdirdi
"Mançester Siti"nin İngiltərə Kubokunun 1/4 finalında "Liverpul" üzərində qazandığı 4:0 hesablı qələbə klubun turnirdə ev oyunlarında ardıcıl 18-ci qələbəsi kimi tarixə düşüb.
İdmanAzərbaycan gimnastı qızıl medal qazanıb - FOTO
Bakıda bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turniri davam edir.