
Netanyahu "Hizbullah"ı atəşkəsi pozmaqda ittiham etdi: "İsrail zərbələri davam etdirəcək"
İsrailin Baş naziri Benyamin Netanyahu Livandakı "Hizbullah" hərəkatını atəşkəs rejimini pozmaqda ittiham edib.
İsrailin Baş naziri Benyamin Netanyahu Livandakı "Hizbullah" hərəkatını atəşkəs rejimini pozmaqda ittiham edib.
Gundem.today TASS-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin həftəlik iclasında çıxış edən B.Netanyahu vurğulayıb ki, İsrail ordusu "təhdidlərin qarşısını almaq üçün" Livan ərazisinə zərbələr endirməyə davam edəcək.
"Livanla bağlı belə bir təəssürat yarana bilər ki, İsrail Müdafiə Ordusu orada fəallıq göstərmir. Lakin ordu aktivdir və qətiyyətlə hərəkət edir. Anlamaq lazımdır ki, "Hizbullah" tərəfindən edilən pozuntular faktiki olaraq atəşkəs rejimini sıfıra endirir. Bizim üçün əsas prioritet İsrailin, əsgərlərimizin və vətəndaşlarımızın təhlükəsizliyidir", - deyə baş nazir qeyd edib.
İsrail və "Hizbullah" arasında 10 günlük müvəqqəti atəşkəs rejimi aprelin 17-si gecə yarısından qüvvəyə minib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaVaşinqtondan tələb: Radioaktiv materiallar İrandan çıxarılsın
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranla danışıqlar zamanı bu ölkənin ərazisindən nüvə yanacağı və digər radioaktiv materialların çıxarılmasını müzakirə edir.
Dünyaİsrail Livana genişmiqyaslı zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanda "Hizbullah"ın silah anbarlarına, raket qurğularına və raketçilərdən ibarət dəstələrə zərbələr endirdiyini bildirib.
DünyaVaşinqtonda atəş açan şəxsin "manifest"i yayıldı: ABŞ rəsmiləri hədəf kimi göstərilirmiş
Vaşinqtonda atışma törədən şəxs hücumdan əvvəl yazdığı "manifest"də ABŞ administrasiyasının nümayəndələrini hədəf kimi göstərib.
DünyaTramp: "Atəş açan şəxs zalın yaxınlığına çatmadan saxlanılıb"
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqtonda atəş açan şəxs tədbirin keçirildiyi zalın yaxınlığına çatmadan saxlanılıb.