
Niderland şahzadələrinə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi həbs edib.
Niderlandın hüquq-mühafizə orqanları vəliəhd şahzadə Amaliya və onun bacısı şahzadə Aleksiyaya qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsi həbs edib.
Gundem.today xəbər verir ki, bu barədə prokurorluğun məlumatlarına istinadən "Algemeen Dagblad" qəzeti məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, söhbət Haaqa şəhərindən olan 33 yaşlı kişidən gedir. İstintaq müəyyən edib ki, o, hücum planını fevral ayından hazırlamağa başlayıb. Şübhəli şəxsin axtarışı zamanı üzərində şahzadələrin adları və faşist şüarları həkk olunan iki balta, həmçinin monarxın qızlarının adları çəkilən və qanlı qırğın törətmək niyyətini əks etdirən qeydləri olan vərəq aşkar edilib. İş üzrə ilk məhkəmə iclasının mayın 4-nə təyin edildiyi bildirilir.
Nəşr xatırladır ki, 2022-ci ildə şahzadə Amaliya təhdidlərlə üzləşib, buna görə də Amsterdamdakı tələbə yataqxanasında yaşamaqdan imtina etməyə məcbur olub. Həmin vaxt onun mühafizə tədbirləri gücləndirilib. Hazırda təhlükəsizlik tədbirlərinin yenidən artırılıb-artırılmayacağı barədə məlumat verilmir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaABŞ-də universitetin laboratoriyasında güclü yanğın baş verib
ABŞ-nin Sent-Pitersburq şəhərindəki Cənubi Florida Universitetinin kampusunda, Dəniz Elmləri Laboratoriyasında güclü yanğın baş verib.
DünyaABŞ-də universitetin laboratoriyasında güclü yanğın baş verib - VİDEO
ABŞ-nin Sent-Pitersburq şəhərindəki Cənubi Florida Universitetinin kampusunda, Dəniz Elmləri Laboratoriyasında güclü yanğın baş verib.
DünyaABŞ bunker əleyhinə yeni nüvə silahı üzərində işləyir
ABŞ Energetika Nazirliyi növbəti maliyyə ilinin büdcəsinə bunker əleyhinə nüvə başlıqlı yeni, güclü bombanın hazırlanması üçün milyonlarla dollar ayrılmasını təklif edir.
DünyaTailandda helikopter qəzası: Xəsarət alanlar var
Tailandın Samutprakan əyalətində helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.