Son dəqiqə
Tramp İranın təklifini rədd etdi: Danışıqlar dalana dirənirAzərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıbİran Hörmüz boğazını özünün "atom bombası" adlandırdıAğdamdakı dəhşətli qəzada ölənlərin kimliyi məlum olduİranın ən böyük kriptobirjasının ABŞ sanksiyalarından necə yan keçdiyi bilindiYeddi marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Siyasət
  3. Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?
Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?
Siyasət

Okamponun gizli şəbəkəsi ifşa olundu: Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır?

Bu gün
20:06
0 baxış
Paylaş:

Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ölkəmizə qarşı fəaliyyətidir. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, adıçəkilən şəxs Avropa institutlarında əlaqələrinin və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsini xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa i

Son günlər Azərbaycan mediasında ən çox müzakirə olunan məsələlərdən biri də Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Moreno Okamponun ölkəmizə qarşı fəaliyyətidir. Yayımlanan videomateriallarda o, faktiki olaraq Bakıya qarşı kampaniyada iştirakını təsdiqləyir. Üstəlik, adıçəkilən şəxs Avropa institutlarında əlaqələrinin və komandasının olduğunu açıq şəkildə bildirir, Avropa diplomatiyasının keçmiş rəhbəri Jozep Borrel və onun çevrəsini xatırladır. Lakin ən diqqətçəkən məqam Avropa istiqamətindəki proseslərdən çox, bu fəaliyyətin maliyyə bazasıdır.

Yeni kadrlardan aydın olur ki, kampaniya Rusiya-erməni nümayəndələrindən ibarət qrup tərəfindən maliyyələşdirilir və bu məqsədlə xüsusi fond yaradılıb. Məqsəd uzunmüddətli və davamlı informasiya təzyiqini təmin etməkdir.

Məsələ ilə bağlı Gundem.today-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli qeyd edib ki, əldə olunan videogörüntü beynəlxalq münasibətlərə neqativ təsir göstərən gizli qrupları ifşa edir.

O əlavə edib ki, videogörüntüdə əks olunanlar qlobal siyasi proseslərdə müəmmalı görünən bir çox məqamlara aydınlıq gətirir:

"Burada söhbət rüşvət, korrupsiya, kriminal əlaqələr üzərində formalaşmış bir şəbəkənin regional və qlobal siyasətə müdaxiləsindən gedir. Videoda adı keçən mərkəzi fiqur Luis Moreno Okampo uzun müddət Birləşmiş Millətlər Təşkilatının strukturlarında təmsil olunub, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru kimi fəaliyyət göstərib. Həmin postlardan istifadə edərək qazandığı əlaqələri bu gün lobbi qrup adı altında neqativ məqsədlər üçün istifadə edir. Danışıqlardan belə nəticə çıxır ki, Luis Moreno Okampo Avropa İttifaqı, Avropa Parlamenti kimi mötəbər təşkilatlarda münasibət qurduğu şəxsləri də özünün neqativ əməllərinə şərik edib. Luis Moreno Okampo prokuror olduğu dövrdə Azərbaycana qarşı əsası olmayan ittihamlar səsləndirib. Josep Borrel də eyni şübhəli hərəkətləri təkrarlayıb. Videodakı danışıqlarından bəlli olur ki, onlar Rusiyanın erməniəsilli biznesmenlərindən Azərbaycana qarşı qaralama kampaniyası aparmaq üçün maddi vəsait və göstərişlər alıblar".

Onun sözlərinə görə, məsələnin diqqətçəkən başqa bir tərəfi odur ki, bu cür şəxslər Avropa İttifaqı, Avropa Parlamenti, BMT, Avropa Şurası, kimi beynəlxalq dövlətlərarası təşkilatlarda yer tutaraq özlərinin cinayətkar əməllərini "insan haqlarının müdafiəsi", "demokratik dəyərlərin qorunması" adı ilə pərdələyiblər:

"Acınacaqlı haldır ki, bu tip neqativ proseslərdə digər beynəlxalq təşkilatların səlahiyyətli şəxslərinin də adları keçir. Təsadüfi deyil ki, bir müddət öncə "Epşteyn sənədləri" açılanda, orada Avropa Şurasının 10 il müddətində baş katibi olmuş Torbyorn Yaqlandın da adı çıxdı. İndi sual yaranır ki, bu şəbəkələrin üzvləri başqa hansı layihələri icra ediblər? Şəbəkənin başında hansı məşhur fiqurlar dayanır? Araşdırma davam etdiriləcəksə, bu suallara cavab veriləcək və deməli, dünyanı təkrarən silkələyəcək yeni bir proses başlayacaq".

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#Siyasət#Luis_Moreno_Okampo#Jozep_Borrel#anti-Azərbaycan_kampaniyası#erməni_lobbisi#korrupsiya#rüşvət#Beynəlxalq_Cinayət_Məhkəməsi#Avropa_İttifaqı#informasiya_müharibəsi#Müşfiq_Ələsgərli#qarayaxma_kampaniyası.

Oxşar Xəbərlər

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıbSiyasət

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

Azərbaycan QHT-ləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə, Avropa Şurasının prezidenti Antonio Kostaya, 8-ci Avropa Siyasi Birliyi Zirvə Toplantısında və Avropa İttifaqı-Ermənistan Zirvə Toplantısında iştirak edən dövlət və hökumət başçılarına açıq məktub ünvanlayıb.

Bu gün
21:480
Rəşad Mehdiyevin yeni əsərləri təqdim edilib - FOTOSiyasət

Rəşad Mehdiyevin yeni əsərləri təqdim edilib - FOTO

"Bentley Baku" "Art in Motion" simvolik ad altında Rəşad Mehdiyevin fərdi sərgisini təqdim edərək, yüksək incəsənət ilə dərin fəlsəfənin qovuşduğu məkana çevrilib.

Bu gün
21:180
İranda daxili parçalanma: Əraqçını kimlər "aradan götürmək" istəyir? - VİDEOSiyasət

İranda daxili parçalanma: Əraqçını kimlər "aradan götürmək" istəyir? - VİDEO

Yaxın Şərqdə gərginlik yeni mərhələyə keçir.

Bu gün
21:140
TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyibSiyasət

TÜRKPA Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyib

TÜRKPA baş katibi Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanat yayıb.

Bu gün
20:420