
Ölkədə quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
Azərbaycan ərazisində, o cümlədən Naxçıvanda 2025-ci ilin noyabr və dekabr, həmçinin cari ilin yanvar-may aylarında aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Azərbaycan ərazisində, o cümlədən Naxçıvanda 2025-ci ilin noyabr və dekabr, həmçinin cari ilin yanvar-may aylarında aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Gundem.today xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, monitorinqlər çərçivəsində riskli hesab olunan su-bataqlıq ərazilərində, dənizkənarı zonalarda, milli parklarda, qoruqlarda, ovçuluq təsərrüfatlarında, çay və su anbarları ətrafında müşahidələr aparılıb. Vəhşi quşlara klinik baxış keçirilib, laborator müayinələr üçün müxtəlif növ quşlardan nümunələr götürülüb. Eyni zamanda, quşçuluq müəssisələrində, quş kəsim məntəqələrində və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da qan və yaxma nümunələri götürülərək müayinələrə cəlb olunub.
Bundan əlavə, təbiət ərazilərinə, quşçuluq obyektlərinə, bazarlar, zooparklar, parklar və dekorativ quş saxlanılan yerlərə ümumi baxış keçirilib, baytarlıq qaydalarına əməl olunması ilə bağlı maarifləndirici tədbirlər aparılıb.
Laborator müayinələrin və müşahidələrin nəticələrinə əsasən, ölkə ərazisində quş qripi xəstəliyinin törədicisi və xəstəliyə şübhəli hallar aşkarlanmayıb. Ev quşlarından götürülən nümunələr Nyukasl xəstəliyinə görə də yoxlanılıb və hər hansı yoluxmaya şübhəli hal müəyyən edilməyib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətÖlkəmizdə psixi xəstələrin sayı sürətlə artır - ŞOK RƏQƏMLƏR
2025-ci ildə psixoaktiv maddələrin qəbulu ilə bağlı olan pozuntular istisna olmaqla, psixi və davranış pozuntuları diaqnozu ilk dəfə qoyulmuş 6 063 nəfər qeydiyyata alınıb.
CəmiyyətŞahbuz rayonunun Kükü kəndinə dolu düşüb - VİDEO
Naxçıvan Muxtar Respublikasında qeyri-sabit hava şəraiti hökm sürür.
CəmiyyətƏhliman Əmiraslanov və Abel Məhərrəmova VƏZİFƏ VERİLDİ
Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) sədrinə yeni müavinlər təyin olunub.
CəmiyyətSakinlərin NƏZƏRİNƏ: Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.