
Ölümə görə kompensasiya qalmaqalı: Şirkət niyə ödəniş etmir? - VİDEO
Vətəndaş Qadir Ağayev Baku TV-yə müraciətində bildirib ki, atası "T.T.Ş-İnşaat" MMC və "Qayıdış" şirkətində çalışıb və bədbəxt hadisə nəticəsində ölüb.
Vətəndaş Qadir Ağayev Baku TV-yə müraciətində bildirib ki, atası "T.T.Ş-İnşaat" MMC və "Qayıdış" şirkətində çalışıb və bədbəxt hadisə nəticəsində ölüb.
O iddia edib ki, atası iş zamanı xəsarət aldığından həyatını itirib.
Valideyninin ölümündən sonra şirkət rəhbərliyi mərhuma ödənilməli olan əməkhaqqının təqdim edilməsi üçün Qadir Ağayevdən vərəsəlik sənədi istəyib.
Q.Ağayev bildirir ki, sözügedən sənədi təqdim etsə də, şirkət ödəniş etməkdən yayınıb.
Məsələ ilə bağlı şirkətin hüquqşünası Asif Məmmədov bildirib ki, işçi işə çıxmadığı müddətdə belə ona bir il bir ay ərzində ödəniş edilib.
Onun sözlərinə görə, həmin şəxs yaşadığı evdə insult keçirərək vəfat edib.
Asif Məmmədov qeyd edib ki, Qadir Ağayevə vərəsəlik sənədləri rəsmi qaydada təqdim olunarsa, qanunvericiliyə uyğun şəkildə əməkhaqqının üç misli həcmində müavinət ödəniləcəyi bildirilsə də, sənədlər quruma verilməyib.
Bəs belə olan halda həlak olan şəxsin ailə üzvü hansı kompensasiya hüququna malikdir?
Hüquqşünas Şamil Paşayev vurğulayıb ki, mərhumun varisinin şikayət vermək hüququ var.
Əgər tərəflər arasında münasibətlər əmək münasibəti deyil, xidməti və ya mülki müqavilə əsasında qurulubsa, bu halda hər hansı əməkhaqqı və ya təzminatın ödənilməsi mümkün deyil.
Hüquqşünas əlavə edib ki, əgər varis vəfat edən atasının maaşının təklif olunan məbləğdən daha yüksək olduğunu iddia edirsə, bu məsələ ilə bağlı məhkəməyə müraciət ünvanlaya bilər.
Mövzu ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib ki, məsələ hazırda araşdırılır.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətBakıda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçiriləcək - FOTO
Bakıda mayın 2-də gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi keçiriləcək.
CəmiyyətUşaqları niyə peyvənd etdirməliyik? - Səhiyyə Nazirliyinin mütəxəssisindən MÜHÜM TÖVSİYƏLƏR - FOTO
Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə uyğun olaraq, 2026-cı ilin 19-25 aprel tarixlərində ölkəmizdə "İmmunlaşdırma həftəsi" keçirilir. Səhiyyə naziri bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən respublikanın bütün şəhər və rayonlarında immunizasiya tədbirlərinin genişləndirilməsi, xüsusilə peyvənddən kənarda qalan uşaqların vaksinasiyaya cəlb olunması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və peyvəndlərlə əhatə səviyyəsinin artırılması nəzərdə tutulur.
CəmiyyətSumqayıtda dəm qazından zəhərlənən uşaqdan sonuncusu EVƏ BURAXILIB
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan sonuncusu da ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.
CəmiyyətAzərbaycanda bəzi məktəblərin bufetlərində qadağan edilən məhsullar satılırmış - FOTO
Cari ilin mart ayı ərzində 390 ümumtəhsil müəssisəsində monitorinq keçirilib.