
"OpenAI" rəhbərinin evinə "Molotov kokteyli" atılıb
"OpenAI" şirkətinin baş direktoru Sem Altmanın ABŞ-nin San-Fransisko şəhərindəki evinə naməlum şəxs tərəfindən "Molotov kokteyli" atılıb.
"OpenAI" şirkətinin baş direktoru Sem Altmanın ABŞ-nin San-Fransisko şəhərindəki evinə naməlum şəxs tərəfindən "Molotov kokteyli" atılıb.
Gundem.today "The Guardian"a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Hadisə gecə saatlarında Raşen-Hill rayonunda baş verib. Şübhəli saxlanılıb, lakin kimliyi açıqlanmır. Bildirilir ki, o, daha əvvəl də "OpenAI"nin qərargahına qarşı təhdidlər səsləndirib.
Məlumata görə, atılan yandırıcı qurğu evin yaxınlığına düşsə də, tezliklə sönüb. Hadisə nəticəsində xəsarət alan olmayıb, maddi ziyan isə cüzi qiymətləndirilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTramp: "Hörmüz boğazı tezliklə açılacaq"
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının yaxın vaxtlarda gəmiçilik üçün açılacağını bildirib.
DünyaLivan və İsrailin ABŞ-dəki səfirləri aprelin 14-də görüş barədə razılaşıblar
Livanın Vaşinqtondakı səfiri Nada Həmmadə-Muavvad israilli həmkarı Yehiel Layter ilə aprelin 14-də ABŞ Dövlət Departamentində görüş keçirmək barədə razılığa gəlib.
DünyaKİV: ABŞ İran yaxınlığına əlavə qüvvələr göndərir
ABŞ İranla Pakistanda keçiriləcək danışıqlara hazırlıq fonunda Yaxın Şərqə qoşun göndərməyə davam edir.
DünyaKamboca kralı xərçəng xəstəsi olduğunu açıqladı
Kamboca Kralı Norodom Siamonidə prostat xərçəngi aşkarlanıb.