
Pakistanda sahil mühafizəsi katerinə hücum olub, ölənlər var
Pakistan sahillərində Ərəb dənizində sahil mühafizəsinə məxsus katerə silahlı hücum edilib, nəticədə üç əməkdaş həlak olub.
Pakistan sahillərində Ərəb dənizində sahil mühafizəsinə məxsus katerə silahlı hücum edilib, nəticədə üç əməkdaş həlak olub.
Gundem.today "Reuters"ə istinadən xəbər verir ki, hadisə aprelin 12-də Pakistanla İran sərhədinə yaxın sahil zonasında baş verib.
Məlumata görə, kater planlı patrul xidməti həyata keçirərkən silahlı şəxslər tərəfindən atəşə tutulub və nəticədə göyərtədə olan üç nəfər həyatını itirib.
Hücuma görə məsuliyyəti qadağan olunmuş separatçı "Bəlucistan Azadlıq Ordusu" qruplaşması üzərinə götürüb. Qruplaşma bəyan edib ki, bu hücum onların quruda həyata keçirdiyi əməliyyatlardan sonrakı strategiyanın "yeni mərhələsi"dir.
Qeyd olunur ki, bu, Ərəb dənizində Pakistan sahil mühafizəsinə məxsus katerə ilk hücumdur. Hadisə Bəlucistan vilayətində davam edən silahlı qarşıdurma fonunda baş verib.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaTürkiyə Prezident Administrasiyası: "Ərdoğana aid edilən ifadələr həqiqətəuyğun deyil"
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi (DMM) Prezident Rəcəb Tayyib Ərdoğana aid edilən bəzi ifadələrin həqiqətəuyğun olmadığını açıqlayıb.
DünyaSəudiyyə Ərəbistanı İraq səfirinə etiraz notası təqdim edib
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi İraqın krallıqdakı səfiri Sufiya Talib əs-Suheylini ölkə ərazisinə və Fars körfəzi dövlətlərinə qarşı dron hücumları ilə əlaqədar nazirliyə çağırıb.
DünyaNetanyahu "Mossad"a yeni rəhbər təyin etdi
İsrailin Baş naziri Benyamin Netanyahunun hərbi katibi, general-mayor Roman Hofman "Mossad" kəşfiyyat xidmətinin direktoru vəzifəsinə təsdiqlənib.
DünyaPezeşkian ABŞ ilə razılaşmanın mümkün olduğunu düşünür
İran Prezidenti Məsud Pezeşkian ABŞ hakimiyyəti ilə razılaşmanın mümkün olduğunu bəyan edib.