
Paşinyan: "Ermənilər beynəlxalq səviyyədə tanınmış ərazidən kənarda vətən axtarmamalıdırlar"
"Əgər ermənilər məhv olmaq istəmirlərsə, o zaman Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarmağı dayandırmalıdırlar".
"Əgər ermənilər məhv olmaq istəmirlərsə, o zaman Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarmağı dayandırmalıdırlar".
Gundem.today-ın xəbərinə görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan deyib.
"Biz Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda vətən axtarmağı dayandırmalıyıq.
Bu ərazi erməni xalqının rifahı və inkişafı üçün az deyil. Bu gün bizim onlarla yaşayış məntəqəmiz boşdur.
Bu gün biz Ermənistanı "Əsl Ermənistan" ideologiyası ilə idarə edirik. Biz başa düşürük ki, sülh və təhlükəsizlik, ilk növbədə, ərazi bütövlüyünün, suverenliyin və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasına əsaslanan qonşularla tənzimlənmiş münasibətlərdir", - deyə Nikol Paşinyan qeyd edib.
O, həmçinin bildirib ki, "itirilmiş vətənin qaytarılması, tarixi sərhədlərin bərpası və ədalət" tərəfdarı olan qüvvələr Ermənistanı təhlükəli yola aparır və bunun son nəticəsi dövlətçiliyin itirilməsi ola bilər.
"Biz nəhayət ki, bu tələdən qurtulduq və Ermənistanı yenidən bu istiqamətə aparmaq cəhdləri dövlətimizi və xalqımızı eşafota (Orta əsrlərdə Qərbi Avropanın bir sıra ölkələrində ölüm hökmünün və ya alçaldıcı cəzaların icrası üçün ictimai yerlərdə qurulmuş taxta platforma - red.) dəvət etmək deməkdir", - deyə Ermənistan baş naziri vurğulayıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
DünyaGərginlik ARTIR: ABŞ-nin üç aviadaşıcıyısı və minlərlə hərbçisi Yaxın Şərqə gəldi
Üç aviadaşıyıcı zərbə qrupunun tərkibində 200-dən çox ABŞ təyyarəsi və helikopteri, eləcə də 15 000 ABŞ dənizçisi və dəniz piyadası Yaxın Şərqə gəlib.
DünyaNetanyahunun səhhəti ilə bağlı rəsmi açıqlama: İsrail lideri onkoloji xəstəlikdən müalicə alıb
İsrailin Baş naziri Benyamin Netanyahu onkoloji xəstəliyi uğurla məğlub edib. Ölkə liderində prostat vəzinin xərçəngi erkən mərhələdə aşkar edilib ki, bu da həkimlərə effektiv müalicə aparmağa şərait yaradıb.
DünyaABŞ-nin hərb nazirindən Hörmüzlə bağlı Avropaya SƏRT TƏNQİD
"ABŞ Hörmüz boğazı ilə bağlı vəziyyətin tənzimlənməsi məsələsində Avropaya güvənmir".
DünyaKeçmiş nazirdən xəbərdarlıq: "Pezeşkian, Qalibaf və Əraqçı öldürülə bilərlər!" - VİDEO
"Pakistan rəhbərliyinin ciddi səylərinə və ABŞ tərəfinin müzakirəyə hazır olmasına baxmayaraq, İran nümayəndə heyəti danışıqların ikinci raundu üçün İslamabada getməkdən imtina etdi. İran rəsmiləri bu imtinanı ABŞ-nin İrana qarşı dəniz blokadasını davam etdirməsi ilə əsaslandırdı. Lakin proseslər göstərir ki, bu, İran-ABŞ danışıqlarına mane olan yeganə səbəb deyil".