
Paytaxta düşən yağıntı aylıq normadan dörd dəfə çoxdur - FAKTİKİ HAVA
Aprelin 6-sı saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 24 sm, Qrızda 34 sm, Xınalıqda 22 sm, Qusarda 3 sm təşkil edir.
Aprelin 6-sı saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır. Qar örtüyünün hündürlüyü Şahdağda 1 metr 24 sm, Qrızda 34 sm, Xınalıqda 22 sm, Qusarda 3 sm təşkil edir.
Gundem.today xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında aprelin 5-6-da düşən yağıntının miqdarı 90 mm qeydə alınıb ki, bu da aylıq normanın 390%-ni təşkil edir.
Azərbaycanın rayonlarında düşən yağıntının miqdarı: Xaçmazda 94 (aylıq normanın 311%-i), Qubada 83 (aylıq normanın 174%-i), Xaltanda 74 (aylıq normanın 109%-i), Xızıda 69 (aylıq normanın 95%-i), Qusarda 69 (aylıq normanın 144%-i), Şabranda 63 (aylıq normanın 209%-i), Gədəbəydə 23, Şəki (Kişçay), Qaxda (Sarıbaş) 22, Daşkəsəndə 19, Oğuzda 18, Şəmkirdə 17, Zaqatalada 16, Balakən, Qəbələdə 13, Qobustanda 12, Lerik, Şamaxıda 10, İsmayıllı, Neftçala, Goranboyda 8, Bərdədə 7, Mingəçevir, Yevlax, Ağdam, Naftalanda 6, Şahbuz, Ağstafa, Biləsuvar, Astara, Tovuzda 4, Yardımlıda 3, Gəncə, Göyçay, Zərdab, Tərtərdə 2, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Salyan, Şərur, Ordubad, Sədərək, Naxçıvan, Füzuli, Kəlbəcər, Xankəndi, Xocalı, Laçın, Qubadlı və Şuşada 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 24, Şabranda 20, Gəncə, Daşkəsəndə 18 m/s-dək güclənir.
Müşahidə olunan qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətGəncədə faciəli şəkildə ölən tələbə qızın FOTOSU
Gəncə şəhərində 19 yaşlı Ləman Əliyeva dəm qazından boğularaq ölüb.
CəmiyyətKəmaləddin Heydərov Keşlədə suyun təsirinə məruz qalmış əraziyə gedib - FOTO - VİDEO
Aprelin 6-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz qalmış əraziyə gəlib.
CəmiyyətAzərbaycanda 20 mindən çox ailəyə birdəfəlik MÜAVİNƏT VERİLİB
2026-cı ilin yanvar-mart ayları ərzində 20 032 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq ödəniş edilib.
CəmiyyətDövlət Məşğulluq Agentliyində YENİ TƏYİNATLAR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) yeni kadr təyinatları olub.