
Premyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məlub etdi
Misli Premyer Liqasında 30-cu tura start verilib.
Misli Premyer Liqasında 30-cu tura start verilib.
Gundem.today xəbər verir ki, turun ilk qarşılaşmasında "Sumqayıt" səfərdə "Kəpəz"lə üz-üzə gəlib.
Yevlax şəhər stadionundakı keçirilən görüş Gəncə təmsilçisinin qələbəsi ilə bitib - 2:1.
"Kəpəz"in heyətində Rauf Hüseynli 86 və 89-cu dəqiqələrdə penaltiləri dəqiq yerinə yetirib. Komandanın qapıçısı Yusif İmanov 64-cü dəqiqədə avtoqol müəllifi olub.
Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Kəpəz" 10-cu pillədə qərarlaşıb. "Sumqayıt" 38 xalla 7-ci sıradadır.
Günün ikinci matçında "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər.
Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.
Misli Premyer Liqasında XXX tura start verilir.
Gundem.today xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçiriləcək.
Günün ilk oyununda "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Yevlax şəhər stadionunda baş tutacaq görüşün start fiti 16:00-da səslənəcək. Matçın baş hakimi Əli Əliyev olacaq.
"Sumqayıt" 38 xalla yeddinci, "Kəpəz" 21 xalla onuncudur.
Günə isə "Araz-Naxçıvan" - "İmişli" matçı ilə yekun vurulacaq. Görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq və 18:30-da start götürəcək.
Qeyd edək ki, "Araz-Naxçıvan" 40 xalla altıncı, "İmişli" isə 29 xalla doqquzuncudur.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanYaponiyalı boksçu Naoya İnoue dünya çempionu titulunu qorudu
Yaponiyalı boksçu Naoya İnoue ikinci ən yüngül çəki dərəcəsində (55.22 kq-a qədər) mütləq dünya çempionu titulunu növbəti dəfə qoruyub.
İdmanPremyer Liqa: "Kəpəz" "Sumqayıt"ı məğlub etdi
Misli Premyer Liqasında 30-cu tura start verilib.
İdman"Real Madrid"in kapitanı Daniel Karvaxalın ayağında yenidən CİDDİ ZƏDƏ
"Real Madrid"in 34 yaşlı müdafiəçisi və kapitanı Daniel Karvaxal ciddi zədə alıb.
İdmanPoqbadan dopinq qalmaqalından sonra karyerası ilə bağlı açıqlama
"Monako"nun yarımmüdafiəçisi Pol Poqba Fransa çempionatının 32-ci turunun "Mets" ilə oyunundan əvvəl futbol oynamağa davam istəyinin səbəbini açıqlayıb.