
Premyer Liqa: "Neftçi" "Qarabağ"la qarşı-qarşıya
Misli Premyer Liqasında 29-cu turun daha iki oyunu bu gün keçiriləcək.
Misli Premyer Liqasında 29-cu turun daha iki oyunu bu gün keçiriləcək.
Gundem.today xəbər verir ki, ilk olaraq "Şamaxı" "Kəpəz"i qəbul edəcək.
Şamaxı şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək.
Meydan sahibləri 32 xalla 8-ci, Gəncə klubu 21 xalla 10-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Neftçi" və "Qarabağ" münasibətlərə aydınlıq gətirəcəklər.
"Palms Sports Arena"da matç saat 19:00-da başlayacaq. Ağdam təmsilçisi 56 xalla ikinci, "ağ-qaralar" 44 xalla dördüncüdür.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "İmişli"ni iki cavabsız qolla üstələyib. "Qəbələ" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşməyib - 1:1.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdmanXetaq Qazyumov Avropada ilin məşqçisi seçilib
Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov Avropa Güləş İttifaqı tərəfindən ən yaxşı məşqçi seçilib.
İdmanUkraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını başa vurmasından danışıb
Ukraynalı boksçu Aleksandr Usik peşəkar karyerasını tezliklə başa vuracağını bəyan edib.
İdmanDünya Kuboku: Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub - FOTO
Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin döyüşləri başa çatıb. Azərbaycan millisinin üç idmançısı bu mərhələdə qələbə qazanaraq finala yüksəlib.
İdmanAvropa çempionatı: Dörd güləşçimiz qızıl medallar uğrunda mübarizə aparacaq
Bu gün Azərbaycanın dörd sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal uğrunda görüşə çıxacaqlar.