Son dəqiqə
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıbStresdən xilas olmağın yolu tapıldı - Həftədə 150 dəqiqə kifayətdirCeyhun Bayramov Tailandın baş naziri ilə görüşüb - FOTOPaytaxtda sıxlıq müşahidə edilən küçələrin SİYAHISI - FOTO - 20.04.2026Bakıda "qızıl qiyməti"nə torpaq: Bir sotu iki milyon manat - VİDEOXəzərdə növbəti suiti ölümü: 97 cəsəd tapıldı - VİDEO
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. İdman
  3. Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi - VİDEO
Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi - VİDEO
İdman

Premyer Liqa: Prinsipial görüşdə "Sabah" "Qarabağ"ı məğlub etdi - VİDEO

Dünən
21:40
0 baxış
Paylaş:

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Gundem.today xəbər verir ki, günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub. "Sabah" birinci hissədə penalti zərbəsindən yararlana bilməyib.

Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı "Qarabağ"ın 56 xalı var. Qeyd edək ki, Ağdam klubunun ehtiyatda bir matçı var.

Günün ilk görüşündə "Karvan-Yevlax" "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Azərbaycan Premyer Liqasının XXVIII turunda "Karvan-Yevlax" doğma divarlar arasında "Şamaxı"ya qalib gəlib.

Gundem.today xəbər verir ki, Yevlax şəhər stadionunda baş tutan qarşılaşma ev sahiblərinin minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb.

Yeganə qolu 39-cu dəqiqədə Coy-Slayd Mikels vurub.

Bu nəticədən sonra Yevlax təmsilçisi xallarını 14-ə çatdırıb. "Karvan-Yevlax" turnir cədvəlinin sonuncu pilləsində, Şamaxı təmsilçisi isə 32 xalla 8-ci sırada yer alıb.

Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.

Gundem.today xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma nəzərdə tutulub.

İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"ın qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək.

Günün ikinci matçında çempionluğa iddialı komandalar - "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq.

Qeyd edək ki, "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır. Məhz buna görə, sözügedən matç çempionluq yolunda ən həlledici görüşlərdən biri hesab olunur.

Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

#İdman#Misli_Premyer_Liqası#futbol#Qarabağ#Sabah#Karvan-Yevlax#Şamaxı#Azərbaycan_çempionatı#28-ci_tur#idman_xəbərləri.

Oxşar Xəbərlər

"Real Madrid"in iki həftəyə altı kiloqram arıqlayan futbolçusunda xəstəlik tapıldıİdman

"Real Madrid"in iki həftəyə altı kiloqram arıqlayan futbolçusunda xəstəlik tapıldı

Həkimlərin "Real Madrid"in müdafiəçisi Raul Asensioya qoyduqları diaqnoz məlum olub.

Bu gün
06:480
PSJ-nin oyunlarına saxta biletlər satan qruplaşma ifşa edilibİdman

PSJ-nin oyunlarına saxta biletlər satan qruplaşma ifşa edilib

Parisdə PSJ futbol klubunun matçlarına biletlərin saxtalaşdırılması ilə məşğul olan cinayətkar qruplaşma ifşa edilib.

Bu gün
04:460
İki şahmatçımız Avropa çempionatının mükafatçısı olduİdman

İki şahmatçımız Avropa çempionatının mükafatçısı oldu

Polşanın Katovitse şəhərində keçirilən şahmat üzrə fərdi Avropa çempionatı başa çatıb.

Bu gün
01:080
İtaliya A Seriyası: "Yuventus" "Bolonya"ya qalib gəldiİdman

İtaliya A Seriyası: "Yuventus" "Bolonya"ya qalib gəldi

İtaliya A Seriyasının 33-cü turunda "Yuventus" futbol klubu "Bolonya"nı qəbul edib.

Bu gün
00:480