
Premyer Liqa: "Qəbələ" "Kəpəz"in, "Neftçi" "Sumqayıt"ın qonağı olacaq
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura start veriləcək.
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura start veriləcək.
Gundem.today xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Kəpəz" "Qəbələ"ni sınağa çəkəcək. Yevlax şəhər stadionunda oynanılacaq qarşılaşma saat 15:30-da başlayacaq. Hazırda "Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" 16 xalla 11-cidir.
Digər oyun isə Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da start götürəcək.
Turnir cədvəlində Bakı klubu 37 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb.
Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də keçiriləcək.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
İdman"Mançester Siti" İngiltərə Kubokunda rekord müəyyənləşdirdi
"Mançester Siti"nin İngiltərə Kubokunun 1/4 finalında "Liverpul" üzərində qazandığı 4:0 hesablı qələbə klubun turnirdə ev oyunlarında ardıcıl 18-ci qələbəsi kimi tarixə düşüb.
İdmanAzərbaycan gimnastı qızıl medal qazanıb - FOTO
Bakıda bədii gimnastika üzrə "AGF Trophy" beynəlxalq turniri davam edir.
İdmanTim Tszyu "WBO International" kəmərinin sahibi oldu
Avstraliyanı təmsil edən boksçu Tim Tszyu albaniyalı Denis Nurcanı məğlub edərək orta çəkidə "WBO International" kəmərinin sahibi olub.
İdmanMessi "İnter Mayami"nin yeni stadionda ilk qolunu vurub - VİDEO
Argentinalı hücumçu Lionel Messi "İnter Mayami"nin yeni stadionu olan "Nu Stadium"da vurulan ilk qolun müəllifi olub.