
Prezidentin rektor təyin etdiyi Nurəli Yusifbəyli kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Nurəli Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.
Gundem.today Nurəli Yusifbəylinin dosyesini təqdim edir:
O, 28 mart 1963-cü ildə anadan olub. 1980-ci ildə Kiyev Politexnik İnstitutunun (hazırda Kiyev Texniki Akademiyasının - red.) Elektroenergetika fakültəsinin əyani şöbəsinə daxil olub, 1986-cı ildə həmin institutu "Elektrik Sistemlərinin Kibernetikası" ixtisası üzrə bitirib. 1986-1989-cu illərdə Sumqayıt 1 saylı İstilik Enerji Mərkəzində elektrik montyoru, elektrik sexinin və elektrik stansiyanın növbə rəisi vəzifələrində, 1989-1993-cü illərdə "Azərenerji" Dövlət Şirkətində dispetçer, böyük dispetçer vəzifələrində çalışıb. 1993-2001-ci illərdə "Azərenerji" ASC Mərkəzi dispetçer xidmətinin rəisi, baş dispetçer, baş mühəndisin müavini vəzifələrində, 2001-2002-ci illərdə "Azərenerji" ASC "Enerjinin ötürülməsi" İstehsalat Birliyinin baş direktorunun müavini vəzifəsində çalışıb.
2002-2009-cu illərdə "Azərenerji" ASC Mərkəzi Dispetçer İdarəsinin rəisi, 2009-2012-ci illərdə "Azərenerji" ASC "Azərbaycan Elmi-Tədqiqat və Layihə Axtarış Energetika İnstitutu"nun direktoru vəzifələrində çalışıb.
2012-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin baş məsləhətçisi, nazirin müşaviri, 2014-cü ildən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdiri vəzifələrində çalışıb.
2015-ci il 13 mart tarixindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi sədrinin müavini vəzifəsinə təyin edilib. Prezidentin 2020-ci il 22 sentyabr tarixli Sərəncamı ilə vəzifəsindən azad edilib.
2021-ci ilin 18 yanvar tarixindən Azərbaycan Texniki Universitetinin (AzTU) Tədris işləri üzrə prorektoru təyin olunub.
Texnika elmləri doktoru, professordur, 8 kitab, 4 müəlliflik şəhadətnaməsi, 1 dərs vəsaiti, 3 patent, 3 Azərbaycan Standartı və 170-dan çox elmi əsərin müəllifidir. "ELECTRO-energetics-tecnnics-mechanics+control" Beynəlxalq Elmi-İstehsalat jurnalının baş redaktorudur.
1998-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur, AzTU-da "İdarəetmə və Avtomatika" kafedrasının professoru kimi fəaliyyət göstərir.
Ailəlidir, iki övladı var.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
Oxşar Xəbərlər
CəmiyyətSon üç ildə İKİLİ SOYAD götürən qadınların sayı açıqlandı
Azərbaycanda son 3 ildə nikaha girdiyinə görə ərinin də soyadını götürərək ikili soyad daşıyan qadınların sayı açıqlanıb.
CəmiyyətSumqayıtda avtomobil yolu çökdü
Sumqayıt şəhərinin Üzeyir Hacıbəyli küçəsində avtomobil yolunda çökmə baş verib.
CəmiyyətYeddi şagirdin zəhərləndiyi məktəblə bağlı QƏRAR VERİLDİ - FOTO
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi iddiası ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
CəmiyyətBakıda 7 şagird qoğaldan ZƏHƏRLƏNİB: Məktəblə bağlı QƏRAR VERİLDİ - FOTO
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi iddiası ilə bağlı müvafiq araşdırmalara başlanılıb.