Son dəqiqə
Dünyada püstənin qiyməti son səkkiz ilin maksimumuna çatıbGözünüz səyirir? - Səbəb sadə yorğunluqdan daha təhlükəli ola bilərDəhşətli qəzada ölənlər toydan gəlirmişlər - TƏFƏRRÜATYaponiyada ultra dəqiq rentgen teleskopu yaradılıb - FOTOKarluş Keyruş Qana yığmasının baş məşqçisi olduArgentina prezidenti İsrailin ali mükafatı ilə təltif olunacaq
Gündəm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Ana SəhifəSiyasətİqtisadiyyatTexnologiyaİdmanDünyaMədəniyyətElm
Gündəm

Azərbaycanın ən etibarlı xəbər mənbəyi. Günün hər saatı ən son və ən aktual xəbərləri sizə çatdırırıq.

Kateqoriyalar

  • Siyasət
  • İqtisadiyyat
  • Texnologiya
  • İdman

Daha çox

  • Dünya
  • Mədəniyyət
  • Elm
  • Axtarış

© 2026 Gündəm

  1. Ana səhifə
  2. Cəmiyyət
  3. Prezidentin vəzifəyə təyin etdiyi Xalid Əhədov kimdir? - DOSYE
Prezidentin vəzifəyə təyin etdiyi Xalid Əhədov kimdir? - DOSYE
Cəmiyyət

Prezidentin vəzifəyə təyin etdiyi Xalid Əhədov kimdir? - DOSYE

8 aprel 2026
14:30
1 baxış
Paylaş:

Prezident İlham Əliyevin Sərəncamı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Prezident İlham Əliyevin Sərəncamı ilə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Sərəncama əsasən, Müşahidə Şurasının sədri Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin olunub. Hazırda isə bu vəzifəni Xalid Əhədov icra edir.

Gundem.today Xalid Əhədovun dosyesini təqdim edir:

Xalid Nurəddin oğlu Əhədov 4 fevral 1980-ci ildə anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. 2012-ci ildə İspaniyanın "Instituto de Empresa" (IE) biznes məktəbində Biznesin idarə edilməsi, 2019-cu ildə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) Dövlət inzibatçılığı üzrə magistr dərəcəsi alıb.

1999-cu ildən bank sektorunda çalışmağa başlayıb. "Bank of Baku"da (1999-2012), "Unibank"da (2012-2016) müxtəlif rəhbər vəzifələrdə işləyib, həmçinin "Atəşgah sığorta"nın Müşahidə Şurasının üzvü, "Millikart" prosessinq mərkəzinin Direktorlar Şurasının sədri olub.

2016-cı ildə "AzərTürkBank"ın İdarə Heyətinin sədri, 2016-cı ilin dekabrından 2018-ci ilin martına qədər ABB-nin İdarə Heyətinin sədri vəzifələrində çalışıb, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.

2018-ci ilin 28 avqust tarixindən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci ilin 17 noyabr tarixindən Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisidir.

27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

Ailəlidir, üç övladı var. Atası Nurəddin Əhədov keçmiş Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı olub.

Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın

Oxşar Xəbərlər

Vado Korovin vəzifəsindən gedib? - AÇIQLAMACəmiyyət

Vado Korovin vəzifəsindən gedib? - AÇIQLAMA

Bu gün bir sıra xəbər saytlarında və sosial şəbəkələrdə "Space" televiziyasının baş direktoru Vado Korovinin vəzifəsindən getməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, direktor bu gün bütün departament rəhbərləri ilə vidalaşıb.

Bu gün
00:480
Azərbaycan Dillər Universitetinin doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdiCəmiyyət

Azərbaycan Dillər Universitetinin doktorantı ölkə üzrə ən yüksək nəticəni göstərdi

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantı Aynur İsayeva fəlsəfə doktoru imtahanında respublika üzrə ən yüksək nəticəni göstərib.

Bu gün
00:360
Son günlər yolları sıradan çıxaran səbəb nədir? - VİDEOCəmiyyət

Son günlər yolları sıradan çıxaran səbəb nədir? - VİDEO

Son günlər yağan intensiv yağışlardan sonra paytaxtın bir çox hissəsində, xüsusilə, kənd və qəsəbələrdə, eləcə də yollarda iri çalalar və dərin quyular əmələ gəlib.

Bu gün
23:360
İdman qidası, yoxsa kimyəvi risk? - Mütəxəssislərdən XƏBƏRDARLIQ - VİDEOCəmiyyət

İdman qidası, yoxsa kimyəvi risk? - Mütəxəssislərdən XƏBƏRDARLIQ - VİDEO

Son illər idman zallarına maraq artdıqca, paralel olaraq əsasən idmançıların istifadə etdiyi qida əlavələrinə də tələbat nəzərəçarpacaq dərəcədə yüksəlib.

Bu gün
22:000